Məhkəmə qərarları › İş №8(037)-61/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-61/2025

06.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-61/2025 06.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi Tələbkar iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 06 avqust 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 59/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 23 noyabr 2021-ci il tarixdən başlayaraq Borclu hər ay hər uşağa görə 90 manat olmaqla cəmi 180 manat məbləğində aliment alınaraq 28 noyabr 2011-ci il tarixdə doğulmuş X2 və 24 dekabr 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Tələbkar ödənilməlidir. İcra sənədi 05 aprel 2022-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Hazırda aliment borcu İsmayıllı Rayon Məhkəməsinin 2(037)-59/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 9900 manat və 8(037)-44/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 480 manat olmaqla cəmi 10380 manat təşkil edir. Həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Lakin həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İş üzrə Tələbkar izahat verərək göstərdi ki, icra sənədinin icrasını təmin etmək üçün iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş etdi. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-59/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 23 noyabr 2021-ci il tarixdən başlayaraq Borclu hər ay hər uşağa görə 90 manat olmaqla cəmi 180 manat məbləğində aliment alınaraq 28 noyabr 2011-ci il tarixdə doğulmuş X2 və 24 dekabr 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Tələbkar ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 08 aprel 2022-ci il tarixdə icraata başlanılmışdır. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 8(037)-62/2022 nömrəli, xx.xx.2022-ci il qərardadan görünür ki, Borclu İsmayıllı rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Borclu barəsində İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən qərar qəbul olunmuşdur. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Borclu barəsində İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən qərar qəbul olunmuşdur. İş materiallarında olan 22 yanvar 2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Borclu barəsində İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən qərar qəbul olunmuşdur. İş materiallarında olan 04 iyun 2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Borclu barəsində İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən qərar qəbul olunmuşdur. İş materiallarında olan 09 sentyabr 2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Borclu barəsində İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən qərar qəbul olunmuşdur. İş materiallarında olan izahatın surətindən görünür ki, Borclu daimi iş yerinin olmaması səbəbindən aliment borcundan ödəniş edə bilmədiyindən ona vaxt verilməsini istəmiş, səhhəti ilə bağlı müalicə aldığını və günü 20 manat işlədiyini göstərərək bunları nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2025-ci tarixli aktların surətlərindən görünür ki, icra məmuru tərəfindən borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və borclunun ünvanda yaşamadığı müəyyən olunmuşdur. İş materiallarında olan sərhədkeçmə məlumatlarına dair çıxarışdan görünür ki, borclu ölkə ərazisindən kənara çıxış-giriş etməmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. İcra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. Bu səbəbdən icra məmuru təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, borclunun icra sənədi üzrə borcunu ödəməməsi və ölkə ərazisini tərk etmək ehtimalı olduğunu nəzərə alınaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-59/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar