Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-62/2024 27.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İsmayıllı Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli 2(037) - 1364 / 2016 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsinə dair X2 ərizəsinə 27 may 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 ərizə verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli 2(037) - 1364 / 2016 saylı qətnaməsinə əsasən borclu X4 5000 min manat məbləğindən kredit götürmüşdür. O, da iş yoldaşına zamin durmuşdur. Bir müddət borclu şəxs X4 kreditini ödədikdən sonra işdən çıxmış və Rusiyaya getmişdir. İddiaçı Tələbkar ASC-də İsmayıllı rayon məhkəməsində iddia qaldırmışdır. İsmayıllı rayon məhkəməsidə borcun iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulmasına dair qərar qəbul etmişdir. Qeyd olunan məhkəmə qətnaməsi 2016-cı ildə icraya yönəldilmişdir. Lakin İsmayıllı rayon İcra və probasiya şöbəsi 2023-cü ildə yenidən xx.xx.2023-cü il tarixdə iş üzrə icraata başlamaq haqqında qərar qəbul edərək məhkəmə qətnaməsində göstərilən məbləği bizdən tələb etmişdir. Qalan məbləği icra xidməti bütövlükdə ödənilməsini tələb edir. Əks təqdirdə cəzalandırılacağını bildirir. Ona görə də ərizə verərək məhkəmənin 07 avqust 2015-ci il tarixli 2(037) - 1364 / 2016 saylı qətnaməsi üzrə qalan borc məbləğinin hissə-hissə hər ay 50 manat olmaqla ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, borclu ərizəni qanunvericiliyin tələbinə uyğun tərtib etməmiş, İsmayıllı rayon İcra və probasiya şöbəsini iş üzrə maraqlı tərəf kimi cəlb etməmişdir. Belə olduğu təqdirdə ərizənin icraata qəbul edilərək baxılması mümkün deyildir. Bundan başqa ərizəçi ərizəsində məhkəmənin 07 avqust 2015-ci il tarixli məhkəmə qətnaməsinə istina etsədə məhkəmənin ərizəçinin tərəf olduğu həmin tarixli qətnaməsi mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göründüyü kimi ərizə Azərbaycan Respublikası MPM-in 149-150-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Ona görə də ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizəçiyə qanunamüvafiq qaydada ərizə tərtib edərək yenidən məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsmayıllı Rayon Məhkəməsinin 06 iyul 2016-ci il tarixli 2(037) - 1364 / 2016 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsinə dair X2 ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-62/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-62/2024
27.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver