Məhkəmə qərarları › İş №8(037)-63/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-63/2025

07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-63/2025 07.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu məxsus daşınar əmlakın (nəqliyyat vasitəsinin) üzərinə həbs qoyulması barədə İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə 07 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Laçın Rayon Məhkəməsinin e-2(047)-92/2025-019 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu ümumilikdə 11523.68 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus olan “VAZ 2101” Minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2025-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Könüllü icra müddətində icra sənədi üzrə tələb təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus “VAZ 2101” Minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan “VAZ 2101” Minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş edir. Təqdimat verən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Tələbkar QSC-nin nümayəndəsi və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş Laçın Rayon Məhkəməsinin e-2(047)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 10311.71 manat əsas,1068.97 manat faiz, 20 manat cərimə, cəmi 11400.68 manat borc pul və 123 manat məbləğində ödənilmiş dövlət rüsumu məbləği tutularaq iddiaçı Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, iş üzrə 14 aprel 2025-ci il tarixdə icraata başlanılmışdır. İş əlavə olunmuş “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından çıxarışdan görünür ki, Borclu adına “VAZ 2101” Minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2025-ci il tarixli, №e83874/2025-126-1-002 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İşdə əlavə olunmuş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına dair çıxarışdan görünür ki, Borclu məxsus “VAZ 2101” Minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun (bundan sonra - Qanun) 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Qanunun 44.1.3-cü maddəsinə əsasən icra məmuru tərəfindən könüllü icra üçün borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Qanunun 45.7-ci maddəsinə müvafiq olaraq tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Qanunun 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Göstərilən normaların qarşlılqlı təhlilinə əsasən məhkəmə qərara gəlir ki, icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu məxsus olan “VAZ 2101” Minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ 2101” Minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar