Məhkəmə qərarları › İş №8(037)-64/2022

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-64/2022

04.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-64/2022 04.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-4737/2017 saylı icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayevin təqdimatına 04 noyabr 2022-ci il tarixdə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-4737/2017 saylı icra sənədinə əsasən, 28 dekabr 2017-ci il tarixdən başlayaraq Borclu 04 iyun 2014cü il təvəllüdlü Amin Məmmədlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinin icrasına xx.xx.2018-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı rayonu,Kürdmaşı kəndində olan zaman borcluya icraata başlamaq haqqında qərarın surəti və bildirişi təqdim edilmiş,edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayev təqdimata uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Borclu və tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Təqdimata əlavə edilmiş xx.xx.2017-ci il tarixli icra vərəqəsinin və müvafiq bildirişin surətindən görünür ki, Borclu müvafiq icra vərəqəsinin surəti göndərilmiş və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Lakin, o, heç bir üzrlü səbəb göstərmədən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(007)-4737/2017 saylı icra sənədini icra etməmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1992-ci il tarixdə İsmayıllı rayonu, Kürdmaşı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan borclu Məmmədov X2 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar