Məhkəmə qərarları › İş №8(037)-64/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-64/2024

06.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-64/2024 06.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-228/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə 06 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-228/2021 nömrəli icra sənədinə əsasən Borclu 38.80 manat, 4221 manat, 455 manat, 814.5 manat və ödənilmiş dövlət rüsumu məbləği tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir.İcra sənədi icra edilməsi üçün İsmayıllı rayon icra və probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədinin icrası ilə bağlı Borclu xəbərdarlıq edilməsinə baxmayaraq üzürlü səbəb olmadan İsmayıllı rayon icra və probasiya Şöbəsinə gəlməmişdir. Borclu İsmayıllı rayon icra və probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınmış və bununla da icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır.Ona görə də İsmayıllı rayonu,İvanovka kəndində yaşayan Borclu İsmayıllı rayon icra və probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimata baxılanadək İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev məhkəməyə məktub göndərərək icra sənədi üzrə Borclu könüllü olaraq şöbəyə gəldiyi üçün təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev məktubunu, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Borclu könüllü olaraq İsmayıllı rayon icra və probasiya Şöbəsinə gəldiyindən və İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etdiyindən təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunmasına dair İsmayıllı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar