Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-66/2024 12.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Maraqlı şəxs icra məmuru X4 iştirakı ilə X2 torpağın üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-239 saylı 08 may 2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclu X5 cəmi 210,96 (iki yüz on manat doxsan altı qəpik) manat və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq kreditor Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri icra olunması üçün İsmayıllı rayon İcra Qrupuna göndərilmişdir. İsmayıllı rayon İcra Qrupu tərəfindən 20 may 2014-cü il tarixdə icraata başlanılmışdır. Məhkəmə əmrinin icra olunması tədbiri kimi İsmayıllı rayon İcra Qrupu tərəfindən borclunun əmlakı üzərinə həbs qoyulması və üzərinə həbs qoyulmuş əmlakın ixtisaslaşdırılmış hərrac mərkəzi vastəsi ilə satılaraq əldə olunmuş vəsaitin borc əvəzinə təyinatı üzrə köçürülməsi haqqında məhkəməyə təqdimat verilmişdir. Borclunun əmlakı üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra qrupundan daxil olmuş 18 iyul 2014-cü il tarixli 291/2014 №-li təqdimat məhkəmənin 31 iyul 2014-cü il tarixli qərardadı ilə qismən təmin edilərək borclu X8 adına ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Topçu kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin ona çatan hissəsinin üzərinə həbs qoyulmuşdur. X3 torpağın üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, 18 Oktyabr 2007-ci ildə ARNKDƏDRX Qəbələ rayon ərazi idarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 2548 nömrəli arayışa və DTXK İsmayıllı rayon şöbəsi tərəfindən 6105 nömrə ilə xx.xx.2003-cü il tarixində JN 103F Kod 40727018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X6 İsmayıllı rayonu Topçu kəndində yerləşən 0,11636 ha torpaq sahəsini almışlar. Sənədləri üzürlü səbəbdən adına keçirdə bilməmişlər. Adlarına keçirmək üçün müraciət etdikdə torpaq sahəsinin X9 ödənilməyən kredit borcuna görə 8(037)-151/2014 nömrəli qərardada əsasən İsmayıllı rayon məhkəməsi tərəfindən həbs qoyulduğunu öyrənmişlər. Hal-hazırda sözü gedən torpaq sahəsini sənədləşdirmək istəyirlər. Ona görə də torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş edir. X3 və tələbkar tərəfin nümayəndəsi ərizəyə baxılmasına dair məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə ərizəçinin və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X10 izahatında göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-239 saylı 08 may 2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclu X5 cəmi 210,96 (iki yüz on manat doxsan altı qəpik) manat və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq kreditor Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. İsmayıllı rayon İcra Qrupu tərəfindən 20 may 2014-cü il tarixdə icraata başlanılmışdır. X12 bоrcun ödənilməsi ilə bаğlı хəbərdаrlıq оlunmаsınа bахmаyаrаq о, borcunu ödəməkdən yаyınmışdır. Оnа görə də, bоrclunun əmlаklаrı bаrədə müхtəlif оrqаnlаrdаn sоrğu aparılmış, bоrclu X8 adına İsmayıllı rayonu Topçu kəndində ailə üzvləri ilə birlikdə KOD 40727018, JN-103F olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,12 ha həyətyanı torpaq sahəsi və KOD 40727018, JN-217 olan torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 1,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə İsmayıllı rayonu Topçu kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət olunmuş, məhkəmənin 31 iyul 2014-cü il tarixli qərardadı ilə təqdimat qismən təmin olunmuşdur. Torpağın qiymətləndirilməsi aparılaraq hərraca çıxarılmış, lakin satılmamışdır. Tələbkarla əlaqə saxlanılmış, borcun ödənilməsinin təmin olmadığı bildirilmişdir. Qərar icra olunmamış qalmışdır. İş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə icrа məmurunun izahatını dinləyib iş materiallarını hərtərəfli obyektiv araşdıraraq bеlə hеsаb еdir ki, ərizə əsassız olduğu üçün təmin olunmamalıdır. Bеlə ki, iş üzrə müəyyən оlunmuşdur ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-239 saylı 08 may 2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclu X5 cəmi 210,96 (iki yüz on manat doxsan altı qəpik) manat və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq kreditor Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri icra olunması üçün İsmayıllı rayon İcra Qrupuna göndərilmişdir. İsmayıllı rayon İcra Qrupu tərəfindən 20 may 2014-cü il tarixdə icraata başlanılmışdır. Məhkəmə əmrinin icra olunması tədbiri kimi İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli qərardadı ilə borclu X8 adına ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Topçu kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin ona çatan hissəsinin üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş torpaq hərraca çıxarılsa da satılmamışdır. Ərzəçi həbsin götürülməsinə dair qərar çıxarılmasını, icra məmuru isə iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edirlər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş üzrə göründüyü kimi məhkəmənin 31 iyul 2014-cü il tarixli qərardadı ilə borclu X8 ailə üzvləri ilə birlikdə mülkiyyətlərində olan İsmayıllı rayonunun Topçu kəndində yerləşən 0,11636 ha torpaq sahəsi 18 sentyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. X19 Rüstəmovun vərəsəsi kimi ərizə verərək həmin torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş edir. Lakin məhkəmənin 08 may 2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclu X5 210,96 (iki yüz on manat doxsan altı qəpik) manat və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməmiş, icra sənədi hal-hazıra kimi tam şəkildə icra olunmamış və icra işi üzrə icraata xitam verilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, borc məbləği tam şəkildə ödənilmədiyindən və borcun ödənilməsinin təmin olunması məqsədi ilə X8 əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bəxtiyar Rüstəmovun ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 263-264, 266-269 və 395-396-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2 torpağın üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-66/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-66/2024
12.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver