Məhkəmə qərarları › İş №8(037)-68/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-68/2024

20.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-68/2024 20.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İsmayıllı rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(037)-144/2021 saylı icra sənədi üzrə Binəqədi rayon İcra şöbəsindən daxil olmuş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(037)-144 saylı icra vərəqəsinə əsasən, Borclu 20 mart 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Süleymanova (Ağayeva) Türanə Nizami qızına ödənilən alimentin ödəniş qaydası dəyişdirilərək Borclu hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq Damla Ağayevanın yetkinlik yaşına çatana qədər saxlanması üçün Tələbkar (Ağayevaya) ödənilməsinə dair icra sənədi üzrə tələbkar ərizə ilə İcra şöbəsinə müraciət edərək borcludan qeyd olunan məhkəmə qərarı üzrə aliment almaqdan imtina etdiyini bildirərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də Binəqədi rayon İcra şöbəsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən göstərilən icra sənədi üzrə tələbkarın tələbindən imtinasının qəbul edilməsi məsələsinə baxılması üçün təqdimatla məhkəməyə müraciət olunmuşdur. Tərəflər təqdimata baxılmasına dair məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(037)-144 saylı qətnaməsinə əsasən cavabdeh Borclu 20 mart 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Süleymanova (Ağayeva) Türanə Nizami qızına ödənilən alimentin ödəniş qaydası dəyişdirilərək Borclu hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq Damla Ağayevanın yetkinlik yaşına çatana qədər saxlanması üçün Tələbkar (Ağayevaya) ödənilməsi qət olunmuşdur. Qətnamə icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. İcra işi icraatda olduğu dövrdə Tələbkar (Ağayeva) ərizə ilə İcra şöbəsinə müraciət edərək borcludan qeyd olunan məhkəmə qərarı üzrə aliment almaqdan imtina etdiyini bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də İcra şöbəsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən göstərilən icra sənədi üzrə tələbkarın tələbindən imtinasının qəbul edilməsi məsələsinə baxılması üçün təqdimatla məhkəməyə müraciət olunmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.1. maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi qanunvericilik iş üzrə icraata xitam verilməsinin əsaslarından biri kimi tələbkarın tələbindən imtinasının məhkəmə qaydasında qəbul edilməsini nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, tələbkar Süleymanova (Ağayeva) Türanə Nizami qızının Binəqədi rayon İcra şöbəsinin icraatında olan İsmayıllı rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(037)-144/2021 saylı icra sənədi üzrə tələbdən imtina səbəbi ilə icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiyindən Binəqədi rayon İcra şöbəsindən daxil olmuş “tələbkarın imtinasının qəbulu haqqında” təqdimatı təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Binəqədi rayon İcra şöbəsindən daxil olmuş təqdimat təmin edilsin. İsmayıllı rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(037)-144/2021 saylı icra sənədi üzrə tələbkar Süleymanova (Ağayeva) Türanə Nizami qızının alimentdən imtinası qəbul edilsin. Qərardadın icrası Binəqədi rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar