Məhkəmə qərarları › İş №8(037)-68/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-68/2025

24.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-68/2025 24.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə X2 və X8 nümayəndəsi və vəkili Vəkil Maraqlı şəxs1 icra məmuru X18 qanunsuz hərəkətlərindən daxil olmuş şikayət ərizəsinə 24 noyabr 2025-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 və X8 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-102/2024-045 nömrəli icra sənədi üzrə icra hərəkətlərindən kənara çıxılmaqla icra sənədini tam və düzgün icra etməmiş Maraqlı şəxs1 icra məmuru X18 hərəkətlərinin X5 və X14 münasibətdə qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu,Zeyvə kəndi (hazırda Basqal bələdiyyəsinin ərazisi) ünvanda yerləşən 0.12 hektar torpaq sahəsi (kateqoriyası: yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü: həyətyanı) X5 xüsusi mülkiyyətindədir. Bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH № 0001304, qeydiyyat nömrəsi 190601301, qeydiyyat tarixi xx.xx.2006 olan Çıxarış verilmişdir. İsmayıllı rayonu, Zeyvə kəndi (hazırda Basqal bələdiyyəsinin ərazisi) ünvanda yerləşən 0.12 hektar torpaq sahəsi (kateqoriyası: yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü: həyətyanı) X8 xüsusi mülkiyyətindədir. Bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH №0001390, qeydiyyat nömrəsi 190601296, qeydiyyat tarixi xx.xx.2006 olan Çıxarış verilmişdir. İsmayıllı rayonu, Basqal qəsəbəsi ünvanda yerləşən 0.12 hektar torpaq sahəsi (kateqoriyası: yaşayış məntəqələrinin torpaqları) X9 xüsusi mülkiyyətindədir. Bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 olan Çıxarış verilmişdir. Torpaq sahəsinin plan-sxemindən də göründüyü kimi, X17 və X14 məxsus torpaq sahələri X15 məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir. İddiaçı Maraqlı şəxs2 ilə cavabdeh X19 arasında məhkəmə mübahisəsi olmuş və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-3271/2024 saylı qərarı ilə qüvvədə saxlanmış Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (107)-102/2024 saylı qətnaməsi ilə qət edilmişdir ki, 22 avqust 2005-ci il tarixli JN-851 KOD 40700016 saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh X19 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) cavabdeh X9 mülkiyyətində olan 0,12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsi X9 öz hesabına sökülərək götürülsün. İcra məmuru X24 və digər şəxslərin iştirakı ilə tərtib edilmiş Aktda qeyd edilmişdir ki, "icra sənədində göstərilən tələb tərəflərindən təmin olundu". İcra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli "icraata xitam verilməsi haqqında” Qərar ilə müəyyən edilmişdir ki, "İcra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur” və qərara alınmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-102/2024-045 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilsin. Həmin qərar Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli,№ 878325/2024-45-10 saylı müşayiət məktubu ilə məlumat üçün Şəki Apellyasiya Məhkəməsinə və icra işi üzrə tərəflərə göndərilmişdir. Qeyd edilməlidir ki, icra məmuru icra hərəkətlərini icra sənədində göstərilən qaydada həyata keçirməmişdir. Belə ki, icra sənədinə əsasən, yalnız İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh X19 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) cavabdeh X9 mülkiyyətində olan 0.12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsi sökülməli olduğu halda, icra məmurunun qanunsuz hərəkətləri nəticəsində X10 məxsus torpaq sahəsinin hasar (metal tor setka) və darvazası X14 məxsus torpaq sahəsinin hasarı (metal tor setka), həmçinin digər şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsinin darvazası sökülmüş və mülkiyyətçilərə maddi ziyan dəymişdir. Həmçinin icra hərəkətləri həyata keçirilən zaman X17 və X14 heç bir məlumat verilməmişdir. Şikayətə əlavə edilmiş Torpaq sahəsinin plan-sxemindən də göründüyü kimi icra hərəkətləri yalnız 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində edilməli olduğu halda, B nömrəli konturda göstərilən X5 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hasar (metal tor setka) və darvazası, C nömrəli konturda göstərilən X8 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hasarı (metal tor setka) da sökülmüşdür. Halbuki, qeyd edilən məhkəmə işi üzrə X17 və X20 deyil, X19 cavabdeh tərəf olmuşdur. Bir sözlə, X17 və Kərimova Arifə Həmid qızının həmin məhkəmə işinə ümumiyyətlə aidiyyəti olmamışdır. Həmin məhkəmə işi üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9473 №-li ekspert rəyinin nəticə hissəsində (Qərardadın 17-ci sualı üzrə) müəyyən edilmişdir ki, "Mübahisələndirilən dəmir darvaza X9 mülkiyyətində olan İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsindən kənarda, Basqal bələdiyyəsinin mülkiyyətinə aiddir.” İsmayıllı rayonu Zeyvə bələdiyyəsi tərəfindən verilmiş 14 fevral 2025ci il tarixli, M02 saylı Arayışdan da göründüyü kimi, həqiqətən də X17 alğı-satqı əsasında 2004-cü ildə bələdiyyədən 0.12 hektar həyətyanı torpaq sahəsi almış və xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmaqla ona reyestrdən Çıxarış verilmişdir. Həmin həyətyanı torpaq sahəsi X29 torpaq sahələri ilə həmsərhəddir və mülkiyyətçi müntəzəm olaraq hər il torpaq vergisini ödəmişdir.Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2 (107)-102/2024 saylı qərardadında (səhvə 5, 10-cu abzas) məhkəmə tərəfindən işin müəyyən edilmiş halı kimi qeyd edilmişdir ki, "Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(107)-102/2024 nömrəli qətnaməsində 22 avqust 2005-ci il tarixli JN-851 KOD 40700016 saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə girişçıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh X19 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvazanın X9 öz hesabına sökülərək götürülməsinə dair aydın bir fikir ifadə edilmişdir. Yəni digər şəxslərə məxsus darvazaların götürülməsi məsələsi mübahisələndirilməmiş və digər şəxslərə qarşı darvazanın götürülməsinə dair iddia tələbi irəli sürülməmişdir. Göründüyü kimi X17 və X20 onlara məxsus torpaq sahələri üzərində mülkiyyət hüquqlarını həyata keçirməklə torpaq sahələrində çəkdikləri hasar (metal tor setka), darvaza icra məmurunun icra hərəkətlərindən kənar və qanunsuz hərəkətləri nəticəsində sökülmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (107)-102/2024-045 nömrəli icra sənədi üzrə icra hərəkətİərindən kənara çıxmaqla icra sənədini tam və düzgün icra etməmiş Maraqlı şəxs1 icra məmuru X18 hərəkətlərinin X5 və X14 münasibətdə qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X3nın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X19 şikayət ərizəsi ilə eyni məzmunda izahat verdi və əlavə olaraq göstərdi ki, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən əmlak Yeganə Abbasovanın xüsusi mülkiyyətindədir. İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən torpaq sahəsi isə onun xüsusi mülkiyyətindədir. Torpaq sahələri ayrı-ayrı ərazilərdə yerləşir. Mübahisəli ərazi ilə bağlı məhkəmə çəkişmələri olmuşdur. İcra məmuru məhkəmə qərarında sökülməsi göstərilən ərazini deyil, həmin ərazidən kənarda olan xüsusi mülkiyyətdə olan əmlakda söküntü işləri apararaq öz səlahiyyətlərindən kənara çıxmışdır. Halbuki, sökülən ərazi məhkəmə qərarında qeyd olunan ərazi deyildir.Qətnamədə sökülməli olan ərazi konkret olaraq göstərilmişdir. İcra məmuru mütəxəssis cəlb etmədən ərazidə sökmə işləri aparmışdır. Eyni zamanda icra məmuru ərizəçilərə məlumat vermədən ərazidən sökmə işləri aparmışdır. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən mütəxəssisin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilməli və icra məmurunun qanunsuz sökdüyü ərazinin məhkəmə qərarında qeyd edilən ərazi olub-olmaması müəyyən edilməlidir. “X12” MMC-nin mütəxəssisləri mübahisəli əraziyə baxış keçirərək ərazidə ölçmə işləri aparsalar da, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Ərazi İdarəsinin mütəxəssiləri isə əraziyə baxış keçirmədən oturduqları idarədən rəy vermişlər. Ona görə də şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X22 izahat verərək göstərdi ki, icra məmuru tərəfindən icra sənədində qeyd edilən şəxslərə bildiriş göndərilmiş, ancaq həmin şəxslər müxtəlif bəhanələr göstərərək əraziyə gəlməmişlər. O, öz başına yol açmamışdır. İcra məmuru məhkəmə qərarında qeyd edilən ərazidə sökmə işləri aparmışdır. İsmayıllı Rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi onun ziyanına qərar qəbul etsələr də Ali Məhkəmə onun xeyrinə qərar qəbul etmişdir. Reyestr xidmətinə sorğu göndərib sökülən ərazinin məhkəmə qərarında göstərilən ərazi olub-olmaması müəyyən edilə bilər. İcra məmuru tərəfindən icra tədbiri həyata keçirilərək ərazidə reyestrin mütəxəssisinin iştirakı təmin edilmişdir. Reyestrin mütəxəssi məhkəmə qərarında sökülməsi qeyd olunan ərazini naturada göstərmiş və icra məmuru da reyestrin mütəxəssisinin göstərdiyi ərazidə sökmə işləri aparmışdır. İcra məmuru tam qanuni icra tədbiri görmüşdür. İcra məmuru tərəfindən icra sənədində qeyd edilən icra tədbirləri görüldükdən sonra icra işinə xitam verilmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə icra işinə xitam verildikdən sonra İkram Kərimov tərəfindən icra sənədi əsasında sökülmüş ərazi yenidən əvvəlki vəziyyətinə qaytarılmışdır. Bundan sonra təkrar icra sənədi verilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2025-ci il tarixli, 2(107)- 102/2024 saylı qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-102/2024 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Maraqlı şəxs1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi barədə qərarı ləğv edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-102/2024 nömrəli qətnaməsi verilmiş 25 dekabr 2024-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxs1nə qaytarılması qərara alınmışdır. Maraqlı şəxs1 icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli "icraata xitam verilməsi haqqında” qərar Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2025-ci il tarixli, 2(107)-102/2024 saylı qərardadı ilə ləğv edildiyindən ərizəçilərin nümayəndəsi və vəkili Vəkil Maraqlı şəxs1 icra məmuru X18 qanunsuz hərəkətlərindən daxil olmuş şikayət ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş edir. Şikayətə baxılması üçün təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, X2, X20 və onların etibarnamə üzrə səlahiyyətli nümayəndələri və vəkilləri Vəkil məhkəmə iclasına gəlməmişlər. X2 və X8 etibarnamə üzrə səlahiyyətli nümayəndələri və vəkilləri Vəkil iştirak etdiyi əvvəlki məhkəmə iclasında şikayətə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən əmlak Yeganə Abbasovanın xüsusi mülkiyyətindədir. İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən torpaq sahəsi isə İkram Kərimovun xüsusi mülkiyyətindədir. Torpaq sahələri ayrı-ayrı ərazilərdə yerləşir. Məhkəmə çəkişmələri olmuşdur. İcra məmuru məhkəmə qərarında sökülməsi göstərilən ərazini deyil, həmin ərazidən kənarada olan xüsusi mülkiyyətdə olan əmlakda söküntü işləri aparmışdır. İcra məmuru öz səlahiyyətlərindən kənara çıxmışdır. Halbuki, sökülən ərazi məhkəmə qərarında qeyd olunan ərazi deyildir. Qətnamədə sökülməli olan ərazi konkret olaraq göstərilmişdir. İcra məmuru mütəxəssis cəlb etmədən ərazidə sökmə işləri aparıbdır. Eyni zamanda icra məmuru ərizəçilərə məlumat vermədən ərazidən sökmə işləri aparmışdır. Ona görə də icra məmurunun qərarını əsassız hesab etdiyindən həmin qərardan şikayət vermiş və qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətə baxılmasına dair təyin olunmuş məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi atası X19 təmsil etmişdir. Maraqlı şəxs2 şikayətə baxılmasına dair təyin olunmuş məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi əri X22 təmsil etmişdir. Şikayətə baxılmasına dair məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən Maraqlı şəxs1 icra məmuru Aqil Məmmədov məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mütəxəssis rəylərini, şikayəti və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli, **********64 reyestr nömrəli, MH seriyalı, №0001304 nömrəli, xx.xx.2006-cı il tarixli Çıxarışdan görünür ki, İsmayıllı rayonu,Zeyvə kəndi ərazisində yerləşən 0.12 hektar yaşayış məntəqələri təyinatlı həyətyanı torpaq sahəsi X5 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli, **********88 reyestr nömrəli, MH seriyalı, №0001390 nömrəli, xx.xx.2006-cı il tarixli Çıxarışdan görünür ki, İsmayıllı rayonu, Zeyvə kəndi ərazisində yerləşən 0.12 hektar yaşayış məntəqələri təyinatlı həyətyanı torpaq sahəsi X8 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********38- 10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, İsmayıllı rayonu, Basqal qəsəbəsi ərazisində yerləşən 0.12 hektar yaşayış məntəqələri təyinatlı həyətyanı torpaq sahəsi və ümumi sahəsi 113.30 kv.metr olan fərdi yaşayış evi X9 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2684/2023 saylı qərarından görünür ki, Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-203/2023 nömrəli 09 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 04 iyun 2024-cü il tarixli, 2(107)-102/2024 saylı qətnaməsindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsi ləğv edilmiş, Maraqlı şəxs2 X15 qarşı cavabdehin qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırdığı dəmir darvazanın və dəmir setqanın onun öz hesabına sökülərək götürülməsi tələbinə dair iddiası qismən təmin edilərək 22 avqust 2005-ci il tarixli JN-851 KOD 40700016 saylı şəhadətnamədə göstərilən 0.12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş- çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh X19 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) cavabdeh X11 mülkiyyətində olan 0.12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsi X9 öz hesabına sökülərək götürülməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3271/2024 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməyərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-102/2024 nömrəli 04 iyun 2024-cü il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 13(102)-28/2025 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 01 noyabr tarixli, 2(102)- 3271/2024 nömrəli qərarından X9 (vəkil X6) əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs1 icra məmuru Aqil Məmmədovun icraata xitam verilməsi haqqında 17 iyul 2025-ci il tarixli qərarından görünür ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-102/2024-045 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2025-ci il tarixli, 2(107)-102/2024 saylı qərardadından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-102/2024 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Maraqlı şəxs1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi barədə qərarı ləğv edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-102/2024 nömrəli qətnaməsi verilmiş 25 dekabr 2024-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxs1nə qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1 (116)-885/2025 saylı qərardadından görünür ki, X9 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının 14 yanvar 2005-ci il tarixdə Basqal qəsəbə sakini X4 adına DTXK İsmayıllı rayon Şöbəsi tərəfindən verilmiş JN-647 F saylı kod (********) Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” nin və həmin orqan tərəfindən xx.xx.2005-ci il tarixdə Maraqlı şəxs2 adına verilmiş JN-851F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” nin etibarsızlığının tanınması və onların qanunsuz sayılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş “X12” MMC-nin 10 oktyabr 2025-ci il tarixli, 310 nömrəli mütəxəssis rəyindən görünür ki, yerləşmə vəziyyətinə uyğun olaraq, yerquruluşuplan sxeminə əsasən,X9, X5 və X8 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahələrinin koordinatları yerində GPS aləti vasitəsilə müəyyən edilmiş və bir-biriləri ilə həmsərhəd olması müəyyənləşdirilmişdir. Bu hal tərtib edilmiş yerquruluşu plan-sxemində göstərilmişdir. X9, X5 və X8 torpaq sahələrinin koordinatları göstərilməklə, şimal, şərq və cənubdan X29 torpaq sahələri ilə həmsərhəddirlər. Ərazidə quraşdırılmış 1-ci dəmir darvaza qərb tərəfdə qonşunun xüsusi mülkiyyətində olan torpaq sahəsinin girişində, 2-ci darvaza X5 xüsusi mülkiyətində olan 0.12 hektar torpaq sahəsinin giriş hissəsində, 3-cü darvaza isə X1 olan torpaq sahəsinin daxilində olan, həmçinin yerquruluşu xəritəsinə əsasən 877 BB bələdiyyə mülkiyyətində qalan 0.2648 hektar torpaq sahəsində quraşdırılmışdır.X9 X5 və X8 torpaq sahələri vahid ərazidə olmaqla X9 faktiki sahibliyindədir və kənar DMF-lə olan sərhədləri metal tor-setka ilə hasarlanmışdır. Maraqlı şəxs1 icra məmuru Aqil Məmmədov tərəfindən icra sənədi üzrə sökülmüş ərazi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-102/2024 saylı qətnaməsində qeyd edilən JN-851 KOD40700016 saylı şəhadətnamədə göstərilən 0.12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində (islahat xəritəsinə (DVİ məlumat bazasına) əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-851F 40700016 olan şəhadətnamə əsasında Maraqlı şəxs2 mülkiyyətində olan İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsinin ilkin sənəd olaraq tərtib olunmuş JN-647F KOD 40700016 şəhadətnamənin planında və həmçinin Basqal təsərrüfatının ərazisində aparılmış torpaq islahatı xəritəsində torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamış və mövcud deyil.) İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində X19 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) X9 mülkiyyətində olan 0.12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsinin X9 öz hesabına sökülərək götürülməsi qeyd edilən ərazi faktiki olaraq X9 istifadəsində və sahibliyindədir. Bu ərazi islahat xəritəsinə (DVG məlumat bazasına) əsasən 877 BB konturu ilə bələdiyyə mülkiyyətindədir. Qeyd: İsmayıllı rayonu, Basqal qəsəbəsi və Zeyvə kəndi islahatdan əvvəl eyni təsərrüfatın ərazisində yerləşdiyinə görə bəzi məlumatlarda torpaq sahələri həm Basqal qəsəbəsi, həm də Zeyvə kəndi ərazisi kimi qeyd olunmuşdur. Hal-hazırda həmin ərazilər Basqal qəsəbəsi adlanır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 noyabr 2025-ci il tarixli, 3-21-3- 42/2-5463/2025 saylı mütəxəssis rəyindən görünür ki, Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, X5 və X8 xüsusi mülkiyyətində olan torpaq sahələrinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığına görə X9 mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə qonşu həmsərhəd olmasını təyin etmək mümkün deyildir. X5 və X8 xüsusi mülkiyyətində olan torpaq sahələrinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığına görə X29 torpaq sahələri ilə hansı nöqtələrdə həmsərhəd olmasının təyin etmək mümkün deyildir. X7 X13 (TEKUİS) əsasən X9 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsi şimal tərəfdən Dövlət meşə fondu torpaq sahələri ilə həmsərhəddir. Ərazidə quraşdırılmış 3 dəmir darvaza İsmayıllı rayonu Basqal bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yerləşir. X9 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsi qərb tərəfdən daş hasar, digər tərəflərdən metal tor ilə hasarlanmışdır. Maraqlı şəxs1 icra məmuru Aqil Məmmədov tərəfindən icra sənədi üzrə sökülmüş ərazi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-102/2024 saylı qətnaməsində qeyd edilən JN-851 KOD 40700016 saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə girişçıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində X19 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) X9 mülkiyyətində olan 0,12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsi X7 X13 (TEKUİS) əsasən İsmayıllı rayonu, Basqal bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 7.1-ci maddəsinə əsasən, icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 9.1-ci maddəsinə əsasən, icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. 20.1.5. icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Araşdırma zamanı müəyyən edildi ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 04 iyun 2024-cü il tarixli, 2(107)-102/2024 saylı qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsi ləğv edilərək 22 avqust 2005-ci il tarixli JN-851 KOD 40700016 saylı şəhadətnamədə göstərilən 0.12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə girişçıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində İkram Kərimov tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) İkram Kərimovun mülkiyyətində olan 0.12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsinin İkram Kərimovun öz hesabına sökülərək götürülməsi qərara alınmışdır. Maraqlı şəxs1 icra məmuru Aqil Məmmədovun xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-102/2024-045 nömrəli xx.xx.2024cü il tarixli icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 noyabr 2025-ci il tarixli, 3- 21-3-42/2-5463/2025 saylı mütəxəssis rəyinə əsasən Maraqlı şəxs1 icra məmuru Aqil Məmmədov tərəfindən icra sənədi üzrə sökülmüş mübahisəli ərazi JN-851 KOD 40700016 saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə girişçıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində İkram Kərimov tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) İkram Kərimovun mülkiyyətində olan 0,12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsinin X7 X13 (TEKUİS) əsasən İsmayıllı rayonu, Basqal bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Məhkəmə o halı da xüsusilə vurğulayır ki, Maraqlı şəxs1 icra məmuru Aqil Məmmədovun xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Bu qərar qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməsindən ötrü verilmiş icra vərəqəsi əsasında qəbul olunmuş və “İcra haqqında” Azərbaycan Respublikasının 7-ci, 8-ci və 9-cu maddələrinin tələbləri əsasında qəbul edilmişdir və şikayətdə göstərilən xüsusatlar qərarın ləğv edilməsi üçün əsas təşkil edə bilməz. Eyni zamanda hərəkətlərindən şikayət verilmiş Maraqlı şəxs1 icra məmuru Aqil Məmmədovun hərəkətlərində hər hansı qanunsuz hallara yol verilməsi aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, X2 və X8 nümayəndəsi və vəkili Vəkil Maraqlı şəxs1 icra məmuru X18 qanunsuz hərəkətlərindən daxil olmuş şikayət ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264,268,269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 və X8 nümayəndəsi və vəkili Vəkil Maraqlı şəxs1 icra məmuru X18 qanunsuz hərəkətlərindən daxil olmuş şikayət ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar