Məhkəmə qərarları › İş №8(037)-69/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-69/2023

06.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-69/2023 06.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-1284/2022 saylı icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 06 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-1284/2022 saylı icra vərəqəsinə əsasən,15 iyun 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Tələbkar ödənilən alimentin miqdarının artırılaraq Borclu hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Tələbkar ödənilməlidir. İsmayıllı rayon icra və probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-1284/2022 saylı icra vərəqəsinə əsasən, 15 iyun 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Tələbkar ödənilən alimentin miqdarının artırılaraq Borclu hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın sürəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən İsmayıllı rayonu, Mican kəndi ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etsə də,daha sonra edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclunun 2023-cü ilin sentyabr ayına olan aliment borcu 4577 manat təşkil edir.Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir.Qeyd edilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İsmayıllı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimata uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Borclu və Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata borclunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün saymışdır. Təqdimata əlavə edilmiş, icra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki,Borclu müvafiq icra vərəqəsinin surəti göndərilmiş və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Borclu 2023-cü ilin sentyabr ayına olan aliment borcu 4577 manat təşkil edir. Lakin, Borclu heç bir üzrlü səbəb göstərmədən İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)- 1284/2022 saylı icra sənədini icra etməmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1976-cı ildə İsmayıllı rayonu,İsmayıllı kəndində anadan olmuş və İsmayıllı rayonu,İsmayıllı kəndində qeydiyyatda olmaqla yaşayan borclu Fətaliyev X2 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon icra və probasiya Şöbəsinə və İsmayıllı rayon polis Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar