Məhkəmə qərarları › İş №8(037)-7/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-7/2023

17.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-7/2023 17.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Maraqlı şəxs böyük icra məmuru X1 xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv edilməsi barədə X2nun şikayətinə 17 fevral 2023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 174021/2018-45-1-002 saylı icraata başlamaq haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətində göstərmişdir ki, Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərər qəbul edilərək ünvanına göndərilmişdir.O, həmin qərarı qanunsuz hesab edərək ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs böyük icra məmuru X3 göstərdi ki, 20 sentyabr 2022-ci il tarixli, 144021/2022-49-9 saylı icraata başlamaq haqqında qərara əsasən Ağsu rayon icra və probasiya şöbəsinin icra məmuru Rauf Əliyev tərəfindən X10 və X6 6735,48 manat məbləğində borcun tutulması barədə İsmayıllı rayon Məhkəməsi tərəfindən verilmiş 2(037)-167/20 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərər qəbul edilmiş və Ağsu rayon icra və probasiya şöbəsinin 16 dekabr 2022ci il tarixli aidiyyəti üzrə göndərilməsi barədə qərarla həmin icra sənədi borclunun qeydiyyatda olduğu yer üzrə icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Bundan sonra o yenidən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu Xəyyam Əlizadə məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə şikayətə borclu Xəyyam Əlizadənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun izahatını dinləyib, şikayəti nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2023-cü il tarixli, Maraqlı şəxs böyük icra məmuru X1 icraata başlamaq haqqında qərarına əsasən İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2(037)- 167/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. 20 sentyabr 2022-ci il tarixli, 144021/2022-49-9 saylı icraata başlamaq haqqında qərarın surətindən görünür ki, həmin tarixdə Ağsu rayon icra və probasiya şöbəsinin icra məmuru Rauf Əliyev tərəfindən X8 və X4 6735,48 manat məbləğində borcun tutulması barədə İsmayıllı rayon Məhkəməsi tərəfindən verilmiş 2(037)-167/20 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərər qəbul edilmişdir. Ağsu rayon icra və probasiya şöbəsinin 16 dekabr 2022-ci il tarixli aidiyyəti üzrə göndərilməsi barədə qərarın surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş, 2(037)-167/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi borclunun qeydiyyatda olduğu yer üzrə icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 7.1-ci maddəsinə əsasən, icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 9.1-ci maddəsinə əsasən, icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Görümdüyü kimi sözügdən icra sənədi üzrə Ağsu rayon icra və probasiya şöbəsində icraata başlamaq haqqında qərər qəbul edilmiş və aidiyyati üzrə icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Belə olan halda artıq qüvvədə olan icraata başlamaq haqqında qərar mövcud olduğundan və həmin icra sənədi davam etdirilməli olduğu halda, yenidən eyni icra sənədi üzrə icraata başlamaq haqqında qərarın qəbul edilməsi “İcra haqqında Qanunun” tələblərinə ziddir. Yuxarıda qeyd olunanlara əsasən, Maraqlı şəxs icra məmuru X1 xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268, 269cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Maraqlı şəxs icra məmuru X1 xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarı ləğv edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar