Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-7/2024 17.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu X1 Mədəniyyət İdarəsi tərəfindən icra məmrunun qanunsuz hərəkətlərinə dair şikayət ərizəsini 17 yanvar 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: X1 Mədəniyyət İdarəsi şikayət ərizəsi ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edərək 2(107)-397/2023 nömrəli 16 may 2023-cü il tarixli qətnamə üzrə verilmiş, 16 noyabr 2023-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi, “icraata başlamaq haqqında” Qərarın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X1 Mədəniyyət İdarəsi tərəfindən şikayət qanunamüvafiq qaydada verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, şikayətdən görünür ki, X1 Mədəniyyət İdarəsi hazırkı şikayətlə Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Göründüyü kimi, X1 Mədəniyyət İdarəsi tərəfindən şikayət aidiyyat qaydalarına riayət olunmadan Şəki Apellyasiya Məhkəməsinə verilmişdir. X1 Mədəniyyət İdarəsinə izah olunur ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: X1 Mədəniyyət İdarəsi tərəfindən icra məmrunun qanunsuz hərəkətlərinə dair şikayət ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-7/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-7/2024
17.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver