Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-71/2022 07.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayevin təqdimatına 07 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-498/2022 saylı icra sənədinə əsasən, Borclu 20055 manat borc pul və 150.16 manat dövlət rüsumu olmaqla, cəmi 20205.16 manat pul alınaraq Tələbkar verilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinin icrasına xx.xx.2022-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı rayonu, İsmayıllı kəndində olan zaman borcluya icraata başlamaq haqqında qərarın surəti və bildirişi təqdim edilmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayev təqdimata uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Borclu və tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsinin və müvafiq bildirişin surətindən görünür ki, Borclu müvafiq icra vərəqəsinin surəti göndərilmiş və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir.Lakin,o,heç bir üzrlü səbəb göstərmədən İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-498/2022 saylı icra sənədini icra etməmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231,263-264,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1984-cü il tarixdə İsmayıllı rayonu,İsmayıllı kəndində anadan olmuş, İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında qeydiyyatda olan borclu Əhmədov X1 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-71/2022
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-71/2022
07.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver