Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-71/2024 20.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Borclu iştirakı ilə İsmayıllı rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(037)-187/2021 nömrəli qətnaməsi üzrə icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İsmayıllı rayon İcra və probasiya şöbəsindən daxil olmuş təqdimata 20 iyul 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İsmayıllı rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(037)-187/2021 nömrəli qətnaməsi ilə Borclu 50000 manat borc, 1250 manat faiz, 30 manat dövlət rüsumu – cəmi 51280 (əlli bir min iki yüz səksən) manat tutularaq iddiaçı Tələbkar Vaqı̇ f oğluna ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədinin icrası ilə bağlı Borclu rəsmi xəbərdarlıq göndərilməsinə və digər icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu qətnamənin icrasını təmin etməmişdir. İcra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru Rahim Mustafayev məhkəmə iclasında təqdimatın məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(037)- 187/2021 nömrəli qətnaməsi ilə Borclu 50000 manat borc, 1250 manat faiz, 30 manat dövlət rüsumu – cəmi 51280 (əlli bir min iki yüz səksən) manat tutularaq iddiaçı Tələbkar Vaqı̇ f oğluna ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 15 aprel 2021-ci il tarixdə icraata başladığı icra sənədi üzrə Borclu icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş edir. Borclu məhkəmə iclasında izahat verərək göstərdi ki, o, qazanc əldə etmək məqsədilə Türkiyə Cümhuriyyətinə gedib gəlir. Həm İsmayıllı rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(037)-187/2021 nömrəli qətnaməsi üzrə borcunun və ailəsinin dolanışığını Türkiyə Cümhuriyyətində işləməklə təmin edir. Ötən il xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Türkiyədə işlədiyi müddətdə yaranmış borcunun bir hissəsini ödəmişdir. Əgər onun ölkədən getmək hüququ məhdudlaşdırılarsa o, həm iş yerindən, həm də gəlirdən məhrum olunacaq. Nəticədə həm də borcunun ödənilməsini, həm də ailəsinin dolanışığını təmin edə bilməyəcəkdir. Hesab edir ki, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas yoxdur, ona görə də təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(037)-187/2021 nömrəli qətnaməsindən və 13 aprel 2021-ci il tarixli icra vərəqəsinin surətindən müəyyən edilir ki, Borclu 50000 manat borc, 1250 manat faiz, 30 manat dövlət rüsumu – cəmi 51280 (əlli bir min iki yüz səksən) manat tutularaq iddiaçı Tələbkar Vaqı̇ f oğluna ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün İsmayıllı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 15 aprel 2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, 15 aprel 2021-ci il tarixdə icraata başladığı icra sənədi üzrə Borclu icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən müəyyən edilir ki, 2023-cü ildə Borclu ayrı-ayrı vaxtlarda ödəniş terminalı vasitəsilə borcunun müəyyən hissəsini ödəmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq və Borclu izahatını dinləyərək qərara gəlir ki, təqdimat təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(037)-187/2021 nömrəli qətnaməsindən və 13 aprel 2021-ci il tarixli icra vərəqəsinin surətindən müəyyən edilir ki, Borclu 50000 manat borc, 1250 manat faiz, 30 manat dövlət rüsumu – cəmi 51280 (əlli bir min iki yüz səksən) manat tutularaq iddiaçı Tələbkar Vaqı̇ f oğluna ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün İsmayıllı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Borclu Türkiyə Cümhuriyyətində olduğu müddətdə tələbkara olan borcunun bir hissəsini ödəmişdir. Yəni, borclu Türkiyə Cümhuriyyətinə qətnamənin icrasından yayınmaq məqsədilə deyil, qazanc əldə etmək borcunu ödəmək məqsədilə gedir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi məcburi icra tədbirlərindən biri olan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhz borcun ödənilməsinə yönəlməklə, borclunun borcunu ödəməyə məcbur etmə və nəticədə icranın həyata keçirilməsi məqsədi daşıyır. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, borclu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Türkiyə Cümhuriyyətində olmuş və həmin müddətdə tələbkara ödənişlər etmişdir. Bu da onu deməyə əsas verir ki, borclunun ölkə xaricinə çıəxmaqda məqsədi məhz icradan yayınmaq deyil, əksinə qazanc əldə edərək borcunu ödəməyə yönəlmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar icra sənədinin hər hansı səbəbdən icra edilməməsi ilə deyil, yalnız üzürsüz səbəbdən icra edilməməsi halında həm də icra sənədinin icrası borclunun şəxsiyyəti ilə bağlı olub onun iradəsindən asılı olduğu hallarda qəbul oluna bilər. Nəzərə alınmalıdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdıırlması şəxsin konstitusion hüquqları ilə bağlı olduğundan bu qərarlar yetərincə əsaslı olmalıdır. Borclu məhkəmə qətnaməsi ilə təsbit edilmiş borcunun ödənilməsində gecikmələr yaranması onun məhkəmə qərarının icrasından boyun qaçırmaq məqsədi daşımır. Eyni zamanda borclu hazırda borcundan hissə-hissə ödənişlərin aparılmasını təmin etmişdir. Məhkəmə hesab edir ki, Borclu icra sənədinin icrasından yayınmaq ehtimalı olmadığından onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına da hər hansı əsas yoxdur. Borclunun tələbkara olan borcunun bir hissəsini ödədiyini, qalan məbləği də Türkiyə Cümhuriyyətində işləməklə ödəyə biləcəyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqda icra məmurunun hazırki təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(037)-187/2021 nömrəli qətnaməsi üzrə icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqda İsmayıllı rayon İcra və probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-71/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-71/2024
20.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver