Məhkəmə qərarları › İş №8(037)-73/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-73/2024

01.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-73/2024 01.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 01 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6530/2018 saylı,xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus olan “Mercedes Benz” C180 minik markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6530/2018 saylı,xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir.Elektron İcra Sisteminin EMF-dən əldə olunmuş çıxarışa əsasən borclunun mülkiyyətində buraxılış ili 1999,rəngi tünd göy metalik olan “Mercedes Benz” C180 minik markalı ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir.Göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini rəhbər tutaraq icra sənədi üzrə Borclu məxsus buraxılış ili 1999,rəngi tünd göy metalik olan “Mercedes Benz” C180 minik markalı ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev məhkəmə iclasında təqdimata uyğun izahat verərək təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Tələbkar və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayevin izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6530/2018 saylı,xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir.İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbəyə daxil olmuş, icra məmuru tərəfindən müvafiq qərarla icraata başlanılmış, borclunun ünvanına bildiriş göndərilmişdir. Borcun ödətdirilməsi istiqamətində Borclu ünvanına rəsmi bildiriş və elektron sms bildirişi göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Elektron İcra Sisteminin EMF-dən əldə olunmuş çıxarışa əsasən borclunun mülkiyyətində buraxılış ili 1999, rəngi tünd göy metalik olan “Mercedes Benz” C180 minik markalı ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. İcra məmuru təqdimat verərək həmin avtomaşının üzərinə həbs qoyulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 44.1 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən könüllü icra üçün borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından,götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nəğd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlakı üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez,lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. Məhkəmə qərara gəlir ki,təqdimat təmin edilərək icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu adına qeydə alınmış buraxılış ili 1999, rəngi tünd göy metalik olan “Mercedes Benz” C180 minik markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Borclu adına qeydə alınmış buraxılış ili 1999, rəngi tünd göy metalik olan “Mercedes Benz” C180 minik markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar