Məhkəmə qərarları › İş №8(037)-75/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-75/2023

03.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-75/2023 03.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İsmayıllı rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(037)-240 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X2nın ərizəsinə 03 noyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(037)-240 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək iddiaçı X5 ilə cavabdeh Borclu birgə nikah dövründə əldə edilmiş 9 baş inəkdən 5 baş inək, 12 baş (erkək və düyə) danadan 6 baş, 26 baş qoyundan 13 baş,11 baş quzudan 5 baş Borclu, 9 baş inəkdən 4 baş inək, 12 baş (erkək və düyə) danadan 6 baş, 26 baş qoyundan 13 baş, 11 baş quzudan 6 baş isə X4 verilməsi, Borclu məxsus buraxılış ili 1996, tünd göy metalik rəngdə, mühərrik **********046, Ban WDB2020201F517108, Mercedess Benz C200 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 9200 manat müəyyən edilməklə açıq hərracda satılması və satış dəyərinin yarısının tərəflər arasında bərabər bölünməsi, ödənilmiş 184 manat dövlət rüsumu Borclu tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alıqdan sonra icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. X2 25 oktyabr 2023-cü il tarixdə ərizə ilə müraciət edərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(037)-240 nömrəli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Maraqlı şəxs tərəfindən "Mersedes Benz C200" minik markalı, 18BF505 dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı üç dəfə hərrac keçirilməsinə baxmayaraq avtomobil satılmamışdır. Hesab edir ki, avtomobilin 9200 manat məbləğinin yarı hissəsi, yəni 4600 manat məbləği Borcludan alınaraq ona ödənilməlidir. Ona görə də "Mersedes Benz C200" minik markalı, 18BF505 dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satılaraq borclu ilə onun arasında satış dəyərinin bölünməsi hissəsinin təmin olunması mümkün olmadığından avtomobilin müəyyən olunmuş 9200 (doqquz min iki yüz) manat məbləğində dəyərinin yarı hissəsinin, yəni 4600 (dörd min altı yüz) manat məbləğinin Borclu alınıb ona verilməsi yönümündə göstərilən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair qərar qəbul xahiş etmişdir. X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını qərara almışdır. Borclu məhkəmə iclasında izahat verərək göstərdi ki, qətnamənin icra olunmasına heç bir maneçilik törətmir. Sözügedən avtomobil hərraca çıxarılsa da satılmamışdır. Birgə yaşadıqları dövürdə ailəsinə maşın alıb vermişdir. Həmin maşının yarısını da o tələbkar tərəfdən tələb etsə də qarşı tərəf onunla razılaşmır. Ərizəyə dair qanuni qərar qəbul olunmasını xahiş edir. İcra məmuru Rahim Mustafayev məhkəmə iclasında izahat verərək göstərdi ki, qətnamənin icrası üç hissədən ibarət olmuş, mal-qaranın bölünməsi və pul hissələrində qətnamə icra olunmuşdur. Qətnaməsinin icrasını tam təmin etmək məqsədi ilə "Mersedes Benz C200" minik markalı, 18BF505 dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı hərrac keçirilməsinə baxmayaraq alıcı olmadığından avtomobil satılmamışdır. Tərəflər arasında hələ də əmlak bölgüsü ilə bağlı mübahisə davam edir. Ərizəyə dair qanuni qərar qəbul olunmasını xahiş edir. İş materiallarına əlavə olunmuş -İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(037)-240 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 ilə cavabdeh Borclu birgə nikah dövründə əldə edilmiş 9 baş inəkdən 5 baş inək, 12 baş (erkək və düyə) danadan 6 baş, 26 baş qoyundan 13 baş, 11 baş quzudan 5 baş Borclu, 9 baş inəkdən 4 baş inək, 12 baş (erkək və düyə) danadan 6 baş, 26 baş qoyundan 13 baş, 11 baş quzudan 6 baş isə X4 verilməsi, Borclu məxsus buraxılış ili 1996, tünd göy metalik rəngdə, mühərrik **********046, Ban WDB2020201F517108, Mercedess Benz C200 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 9200 manat müəyyən edilməklə açıq hərracda satılması və satış dəyərinin yarısının tərəflər arasında bərabər bölünməsi, ödənilmiş 184 manat dövlət rüsumu Borclu tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. -Maraqlı şəxs 02 may 2023-cü il tarixli qərarının surətindən görünür ki, icra şöbəsi tərəfindən İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(037)-240 nömrəli qətnaməsi üzrə icraata başlanılmışdır. -14 iyun 2023-cü, 17 iyul 2023-cü və 31 iyul 2023-cü il tarixli bildirişlərin surətlərindən görünür ki, Borclu məxsus buraxılış ili 1996, tünd göy metalik rəngdə, mühərrik **********046, Ban WDB2020201F517108, Mercedess Benz C200 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair hərrac təşkil olunmuş, hərrac sifarişi üzrə ilkin və təkrar hərraclar baş tutmamış, bununla bağlı hərracın baş tutmamasına dair 64/23 saylı 28 iyul 2023-cü il tarixli yekun protokol tərtib olunmuşdur. Məhkəmə borclunun və icra məmurunun izahatlarını dinləyib, ərizəni və icra işi materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(037)-240 nömrəli qətnaməsinə əsasən iddiaçı X5 ilə cavabdeh Borclu birgə nikah dövründə əldə edilmiş 9 baş inəkdən 5 baş inək, 12 baş (erkək və düyə) danadan 6 baş, 26 baş qoyundan 13 baş,11 baş quzudan 5 baş Borclu, 9 baş inəkdən 4 baş inək, 12 baş (erkək və düyə) danadan 6 baş, 26 baş qoyundan 13 baş, 11 baş quzudan 6 baş isə X4 verilməsi, Borclu məxsus buraxılış ili 1996, tünd göy metalik rəngdə, mühərrik **********046, Ban WDB2020201F517108, Mercedess Benz C200 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 9200 manat müəyyən edilməklə açıq hərracda satılması və satış dəyərinin yarısının tərəflər arasında bərabər bölünməsi, ödənilmiş 184 manat dövlət rüsumu Borclu tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. 13 iyun 2023-cü il, 25 iyun 2023-cü il, 14 iyul 2023-cü il və 28 iyul 2023-cü il (sonuncu) tarixlərdə Borclu məxsus buraxılış ili 1996, tünd göy metalik rəngdə, mühərrik **********046, Ban WDB2020201F517108, Mercedess Benz C200 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair hərrac təşkil olunmuş, hərrac sifarişi üzrə ilkin və təkrar hərraclar baş tutmamış, bununla bağlı hərracın baş tutmamasına dair 64/23 saylı 28 iyul 2023-cü il tarixli yekün protokol tərtib olunmuşdur. Tələbkar məhkəmə qətnaməsi ilə müəyyən olunmuş avtomobilin 9200 (doqquz min iki yüz) manat məbləğində dəyərinin yarı hissəsinin, yəni 4600 (dörd min altı yüz) manat məbləğinin Borclu alınıb ona verilməsi yönümündə məhkəmənin 15 mart 2023-cü il tarixli 2(037)-240 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair qərar qəbul xahiş etmişdir. Borclu qətnamənin icra olunmasına heç bir maneçilik törətmədiyini göstərərək iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. İcra məmuru Rahim Mustafayev avtomobilin keçirilmiş hərracda alıcı olmadığından satılmadığını göstərir və iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosesul Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən tərəflərin birgə nikah dövründə əldə etdikləri avtomobilin dəyəri müəyyən olunmuş və həmin avtomobilin hərrac vasitəsilə satılaraq tərəflər arasında bərabər bölünməsi qət olunmuşdur. Qətnamənin icra olunması üçün əmlakın dəyəri və onun tərəflər arasında hansı formada bölünməsi müəyyəndir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmənin 15 mart 2023-cü il tarixli 2(037)-240 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İsmayıllı rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(037)-240 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X2nın ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar