Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-75/2024 04.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 04 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 21/2024-021 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1974-cü ildə anadan olmuş və İsmayıllı rayonu, Diyallı kəndində qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına, xx.xx.2024-cü il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu ünvanına bildiriş göndərilmiş,lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Hal hazırda Borclu adına hər hansı daşınar yaxud daşınmaz əmlak mövcud deyildir. İcra sənədi araşdırılarkən Borclu İsmayıllı Rayon Məhkəməsinin 2(037)-21/2024-021 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ödənilməmiş 2140 manat məbləğində aliment borcunun yarandığı müəyyən olunmuşdur. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan borcunun ödənilməsindən yayınması, borclunun hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Borclu məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-21/2024-021 nömrəli,xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi üzrə tələbkara olan ödənilməmiş 2140 manat aliment borcundan xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 100 manat və xx.xx.2024-cü il tarixdə 100 manat olmaqla, ümumilikdə 900 manatını ödəmiş, qalan borc məbləğini isə xx.xx.2024-cü il tarixədək tam ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla təqdimatın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təqdimat verən İsmayıllı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Rahim Mustafayev və Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər.Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Borclu izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri icra işi ilə birlikdə araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 51396 nömrəli qəbzin sürətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Tələbkar "xxxx" ASC-də olan kart hesabına 700 manat ödəniş olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli 51479 nömrəli qəbzin sürətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Tələbkar "xxxx" ASC-də olan kart hesabına 100 manat ödəniş olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli 12030 nömrəli qəbzin sürətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Tələbkar "xxxx" ASC-də olan kart hesabına 100 manat ödəniş olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, borclu icra sənədi üzrə tələbkara olan ödənilməmiş 2140 manat aliment borcundan xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 100 manat və xx.xx.2024-cü il tarixdə 100 manat olmaqla, ümumilikdə 900 manatını ödəmiş, qalan borc məbləğini isə yaxın vaxtda tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Borclu icra sənədi üzrə Tələbkar olan ödənilməmiş 2140 manat məbləğində aliment borcundan 900 manatını ödəməsi, qalan borcu isə yaxın vaxtda tam ödəməyi öhdəsinə götürməsi nəzərə alınmadan təqdimatın təmin edilməsi borclunun hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231,267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimat təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-75/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-75/2024
04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver