Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-76/2023 04.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İsmayıllı rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(037)-510 nömrəli qətnaməsinin hissə-hissə icra olunması barədə borclu X3 ərizəsinə baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(037)-510 nömrəli qətnaməsinə əsasən cavabdeh X2 4466.27 manat borc, 64.67 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 4531 manat 34 qəpik məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(037)-510 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Şöbə tərəfindən 17 avqust 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. X6 ərizə ilə müraciət edərək məhkəmənin göstərilən qətnaməsinin hissə-hissə hər ay 100 manat olmaqla icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin 27 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən ondan 4466.27 manat borc, 64.67 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 4531 manat 34 qəpik məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. X1 onun himayəsindədir. Atası 2-ci qrup əlil olaraq 236 manat pensiya alır. Eyni zamanda atası 2002-ci ildən “subleykomik mieloz hepatosplenomegaliya” xəstəliyindən əziyyət çəkir. Xəstəlik ağır qan xəstəliyidir və tez-tez ağırlaşmalarla müşayət olunur: Atasının səhhəti çox ağır vəziyyətdədir. Aldığı pensiya müalicə xərclərini qarşılamadığından müalicə xərcləri onun üstündədir. Ona görə də qətnamə əsasında ondan tutulmalı olan pulu tam şəkildə ödəyə bilmir. Hesab edir ki, himayəsində olan əlil atasının səhhətində olan ciddi problem məhkəmə tərəfindən xüsusilə nəzərə alınmalı və tələbkar da himayəsində olan atasının səhhətində olan problemlə bağlı pulu tam ödəyə bilmədiyinə anlayışlı yanaşmalıdır. Çünki o qeyd olunan pulu məhkəmə qətnaməsinə etinasızlıq səbəbindən deyil, atasının səhhətində olan problemlə bağlı işləyə bilmədiyindən ödəyə bilmir. Borcdan sentyabr və oktyabr aylarında hər ay 50 manat olmaqla cəmi 100 manat ödəmişdir. Atasının səhhətində olan ciddi problemi nəzərə alaraq qətnamənin hissə-hissə icra edilməsi və hər ay 100 manat pulun ondan alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə borclunun ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(037)-510 nömrəli qətnaməsinə əsasən cavabdeh X2 4466.27 manat borc, 64.67 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 4531 manat 34 qəpik məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh Eltun Novruzlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(037)-510 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Şöbə tərəfindən 17 avqust 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. X6 atasının ağır xəstə olduğunu və qətnamənin icrasına səy göstərdiyini nəzərə alaraq qətnamənin hissə-hissə, hər ay 100 manat olmaqla ondan alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə hesab edir ki, qətnamə üzrə tələb olunan 4531 manat 34 qəpik məbləğinin hiss-hissə hər ay 100 manat ödənilməsi icra sənədinin icrasını uzun müddət ləngidə bilər və bu hal tələbkarın qanunla ona verilmiş hüquqlarının pozulması ilə nəticələnər. Ona görə də qanuni qüvvəyə minmiş qətnamənin hissəhissə icra olunması üçün əsas olmadığından ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsmayıllı rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(037)-510 nömrəli qətnaməsinin hissə-hissə icra olunması barədə borclu X3 ərizəsi təmin edilməsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-76/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-76/2023
04.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver