Məhkəmə qərarları › İş №8(037)-76/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-76/2024

04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-76/2024 04.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İsmayıllı Rayon Notariat Kontorunun 8İ-3285 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus avtomaşınların üzərinə həbs qoyulması barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə 04 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İsmayıllı Rayon Notariat Kontorunun 8İ-3285 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 28023.64 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icra edilməsi üçün İsmayıllı rayon icra və probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədi xx.xx.2024-cü il tarixdə İsmayıllı rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə electron sistem vasitəsilə sorğular edilmişdir.Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Toyota Prius” minik markalı ** FY *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı ** OJ *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomaşınları vardır.İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki,məcburi icra tədbiri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Ona görə də icra sənədi üzrə Borclu məxsus olan “Toyota Prius” minik markalı ** FY *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı ** OJ *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına və həbsin icrasının Baş Dövlət Yol Polis İdarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimata baxılanadək İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev məhkəməyə məktub göndərərək icra sənədi üzrə Borclu bankla qarşılıqlı razılıqlarının olmasını nəzərə alaraq göndərilən təqdimata baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayevin məktubunu,təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Borclu ilə tələbkar bank Tələbkar ASC arasında qarşılıqlı razılıq olduğundan və İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etdiyindən təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Borclu məxsus avtomaşınların üzərinə həbs qoyulması barədə İsmayıllı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar