Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-77/2023 07.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(037)-26/2022 nömrəli qərardadı ilə borclu X3 məxsus avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 07 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-356/2022 saylı icra sənədinə əsasən borclu X1 cəmi 1545 manat pul alınaraq Tələbkar ödənilməlidir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(037)-26/2022 nömrəli qərardadı ilə sözügedən icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X2 adına qeydə alınmış “KAMAZ 5320” yük markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-356/2022 saylı icra sənədinə əsasən borclu X1 cəmi 1545 manat pul alınaraq Tələbkar ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(037)-26/2022 nömrəli qərardadına əsasən borclu X2 adına qeydə alınmış “KAMAZ 5320” yük markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir.İcra vərəqəsi üzrə Tələbkar xx.xx.2022-ci il tarixdə Şöbəyə borclu X2 borcunu tam ödəməsinə dair qəbz təqdim edərək icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda borclu X4 tərəfindən təyin edilmiş ekspertiza xərci tam ödənilmişdir. Bu səbəbdən də X3 məxsus “KAMAZ 5320” yük markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması zərurəti aradan qalxmışdır.Göstərilənlərə əsasən X3 məxsus “KAMAZ 5320” yük markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşının həbsdən azad edilməsini xahiş edir. Məhkəmə iclasında İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimata uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Tələbkar və borclu X4 təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər.Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını qərara almışdır. İşdə olan Tələbkar tərəfindən imza edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-356/2022-003 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X1 1545 manat məbləğində ona dəymiş maddi ziyanı tam şəkildə almışdır və qeyd edilən icra sənədinin icrasına xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-356/2022 saylı icra sənədi üzrə yaranmış borc məbləği borclu X4 tərəfindən tam ödənildiyindən ona məxsus əmlakın həbsdə olmasına zərurət aradan qalxmışdır. Ona görə də təqdimat təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(037)-26/2022 nömrəli qərardadı ləğv edilməli, borclu X2 mülkiyyətində olan “KAMAZ 5320” yük markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(037)-26/2022 nömrəli qərardadı ləğv edilsin. Borclu X2 mülkiyyətində olan “KAMAZ 5320” yük markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov İş № 8(037)-24/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU İsmayıllı Rayon Məhkəməsi 21 iyun 2021-ci il İsmayıllı şəhəri Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 8(037)-52/2013 nömrəli qərardadı ilə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayevin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 12:20-də başlandı. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, tərəflərə və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə yerində müşavirə edib, QƏRARA ALİR: - Məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilsin. Sədrlik edən təqdimatı və materialları nəzərdən keçirir. Məhkəmə müşavirə otağına gedir. Qayıtdıqdan sonra sədrlik edən qərardadı elan edir. Qərardaddan şikayət vermə qaydasını və müddətini izah edir. Məhkəmə iclası saat 12:40-da bağlı elan olunur. Sədrlik edən: İlqar Hüseynov Məhkəmə iclasının katibi: Xalid Qasımov
Məhkəmə qərarları › İş №8(037)-77/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-77/2023
07.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver