Məhkəmə qərarları › İş №8(037)-77/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-77/2024

12.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-77/2024 12.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Borclu “X3”-a məxsus avtomaşınların üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 12 sentyabr 2024-cü il tarixdə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-130/2016 nömrəli,xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu "X3"dan ümumilikdə 309347.32 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin, 2-2(84)-7/2017 nömrəli,01.022017-ci il tarixli icra sənədinə əsasən,borclu "X3" dan ümumilikdə 21690.20 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin və 2-2(84)-8/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu "X3"dan ümumilikdə 46400 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "X4" ASC-nin xeyrinə ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə borclu “X3”-a məxsus olan "Changan F70" minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, "LADA 21214" Urban Legend minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, "QAZ 3102" minik markalı ** AH *** dövlət qeydiyyat nişanlı, "QAZ" yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı, "QAZ" yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı, "VAZ 21214" minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, "QKB 8350" yük markalı ** ZA *** dövlət qeydiyyat nişanlı,"QKB" yarımqoşqu markalı ** ZA *** dövlət qeydiyyat nişanlı, "QKB 8350" yük markalı ** ZA *** dövlət qeydiyyat nişanlı, "QKB" yarımqoşqu markalı ** ZA *** dövlət qeydiyyat nişanlı, "QKB 8350" yük markalı ** ZA *** dövlət qeydiyyat nişanlı, "QAZ 3221" mikro avtobus markalı ** AC *** dövlət qeydiyyat nişanlı, "QAZ" xüsusi təyinatlı markalı ** AC *** dövlət qeydiyyat nişanlı, "QKB" yarımqoşqu markalı ** ZA *** dövlət qeydiyyat nişanlı, "QKB 8350" yük markalı ** ZA *** dövlət qeydiyyat nişanlı, "QAZ 3302" yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı, "UAZ 39094" yük sərnişin markalı ** AC *** dövlət qeydiyyat nişanlı, "KAMAZ 65115" yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı, "LADA 21214" minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, "LADA 21214" minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı və "LADA 21214" minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 17 iyul 2024-cü il tarixli 8(037)-77/2024 saylı qərardadı ilə təqdimat qismən təmin edilərək borclu “X2” adına qeydə alınmış “Changan F70” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, “LADA 21214” Urban Legend minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, “QAZ 3102” minik markalı ** AH *** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, “LADA 21214” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı, “LADA 21214” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı və “LADA 21214” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardaddan borclu “X3” tərəfindən 27 iyul 2024-cü il tarixdə elektron qaydada şikayət verilərək İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(037)-77/2024 nömrəli qərardadının ləğv olunması xahiş edilmişdir. Məhkəmənin 30 iyul 2024-cü il tarixli, 8(037)-77/2024 saylı qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 8(037)-77/2024 saylı qərardadından borclu “X3” tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(107)- 41/2024 saylı qərardadı ilə borclu "X3" tərəfindən verilmiş şikayət qismən təmin edilərək İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(037)-77/2024 nömrəli qərardadı ləğv edilərək işin materialları İsmayıllı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı tarixli, 2-2(84)-130/2016 saylı, xx.xx.2017-ci tarixli, 2-2(84)-7/2017 saylı, xx.xx.2017-ci tarixli, 2-2(84)-8/2017 saylı icra sənədləri üzrə borclu “X3”-a məxsus avtomaşınların üzərinə həbs qoyulmasına dair təqdimatının məhkəmə aidiyyatı məsələsinin həll edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı mülki iş üzrə borclu “X3”-a məxsus avtomaşınların üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata məhkəmə aidiyyatı üzrə kommersiya məhkəmələri baxmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən,sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin,həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə,habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Eyni zamanda sözügedən Qərarda göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil,ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən,yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bununla yanaşı Qərarda qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər.Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.Həmçinin, nəzərə alınmalıdır ki,Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun, 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin, 231.1-ci maddəsinə əsasən işə baxmış hakim,işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.3-cü maddəsinə görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda, icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Məhkəmə hesab edir ki, hazırkı halda, icra edilməsi üçün əmlakın üzərinə həbs qoyulması tələb edilən icra sənədləri Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verildiyindən və həmin işə mahiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxıldığından borclunun əmlakının üzərinə həbsin qoyulması barədə təqdimata da Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 44.2.2-ci maddəsinə görə məhkəmə işi iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Məhkəmə,şərh olunanlara əsasən,hazırki işin məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu “X3”-a məxsus avtomaşınların üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata baxılmasına dair 8(037)-77/2024 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar