Məhkəmə qərarları › İş №8(037)-78/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-78/2023

07.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-78/2023 07.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(037)-6/2022 nömrəli qərardadı ilə Borclu məxsus avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 07 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(037)-144/2016 saylı icra sənədinə əsasən borclular X1 və Borclu 13240 ABŞ dolları borc məbləği və 19 manat dövlət rüsumu alınaraq Tələbkar ödənilməlidir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(037)-6/2022 nömrəli qərardadı ilə sözügedən icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına qeydə alınmış “HYUNDAİ GRANDEUR” markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(037)-144/2016 saylı icra sənədinə əsasən borclular X1 və Borclu 13240 ABŞ dolları borc məbləği və 19 manat dövlət rüsumu alınaraq Tələbkar ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(037)-6/2022 nömrəli nömrəli qərardadına əsasən Borclu adına qeydə alınmış “HYUNDAİ GRANDEUR” markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. İcra sənədində qeyd olunan tələb borclular Borclu və X1 tərəfindən tam şəkildə təmin olunduğundan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-144/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir.Bu səbəbdən də Borclu məxsus “HYUNDAİ GRANDEUR” markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması zərurəti aradan qalxmışdır.Göstərilənlərə əsasən Borclu məxsus “HYUNDAİ GRANDEUR” markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomaşının həbsdən azad edilməsini xahiş edir. Məhkəmə iclasında İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimata uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Tələbkar və borclular X1 və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər.Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını qərara almışdır. İşdə olan İsmayıllı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Rahim Mustafayevin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclular Borclu və X1 tərəfindən tam şəkildə təmin olunduğundan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-144/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirib hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(037)-144/2016 saylı icra sənədi üzrə yaranmış borc məbləği Borclu tərəfindən tam ödənildiyindən ona məxsus əmlakın həbsdə olmasına zərurət aradan qalxmışdır. Ona görə də təqdimat təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(037)-6/2022 nömrəli qərardadı ləğv edilməli, Borclu mülkiyyətində olan “HYUNDAİ GRANDEUR” markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(037)-6/2022 nömrəli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan “HYUNDAİ GRANDEUR” markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov İş № 8(037)-24/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU İsmayıllı Rayon Məhkəməsi 21 iyun 2021-ci il İsmayıllı şəhəri Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 8(037)-52/2013 nömrəli qərardadı ilə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayevin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 12:20-də başlandı. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, tərəflərə və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə yerində müşavirə edib, QƏRARA ALİR: - Məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilsin. Sədrlik edən təqdimatı və materialları nəzərdən keçirir. Məhkəmə müşavirə otağına gedir. Qayıtdıqdan sonra sədrlik edən qərardadı elan edir. Qərardaddan şikayət vermə qaydasını və müddətini izah edir. Məhkəmə iclası saat 12:40-da bağlı elan olunur. Sədrlik edən: İlqar Hüseynov Məhkəmə iclasının katibi: Xalid Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar