Məhkəmə qərarları › İş №8(037)-79/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-79/2023

13.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-79/2023 13.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə X1, X11, X3, X4 və Allahverdı̇ yev İntı̇ qam Arı̇ f oğlunun İsmayıllı rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(037)-1321 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi üzrə işə 13 noyabr 2023-cü il tarixdə məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(037)-1321 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkarnə məxsus, İsmayıllı rayonu Yenikənd kəndi ərazisində yerləşən, 7,2756 hektar və 1,7303 hektar torpaq sahələrindən cavabdehlər X10, X11, X3, X4 və Allahverdı̇ yev İntı̇ qam Arı̇ f oğlunun çıxarılmaları, cavabdehlər tərəfindən edilən müdaxilələrə son qoyulması, cavabdehlər X10, X11, X3, X4 və Allahverdı̇ yev İntı̇ qam Arı̇ f oğlundan müştərək qaydada 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Tələbkarnə ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmişdir. Qətnamə 14 fevral 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icra edilməsi üçün İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. X2, X11, X3, X4 və Allahverdı̇ yev İntı̇ qam Arı̇ f oğlu ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına 2024-cü ilin taxıl biçini mövsümünədək möhlət verilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, məlum hadisələrlə əlaqədar məcburi köçkün düşmüş 60-a yaxın ailə İsmayıllı rayon Pirdinar kəndində məskunlaşmışlar. Azərbaycan Respublikasında torpaq islahatları aparılmamışdan əvvəl kənd yerlərində məskunlaşmış məcburi köçkünlərin müvəqqəti istifadələrinə əkin torpaqlarının verilməsinə göstəriş verilmişdir. Bu səbəbdən də onlara və digər məcburi köçkün ailələrinə Pirdinar kəndi ərazisindən hər bir ailəyə 1 hektar olmaqla 60 ha əkinə yararlı torpaq sahəsi istifadələrinə verilmişdir. Torpaq islahatları zamanı istifadələrində olan ərazi torpaq islahatına cəlb edilməklə yerli sakinlərə paylansa da rayon rəhbərliyinin göstərişinə əsasən həmin mülkiyyətçilərə bələdiyyə mülkiyyətində qalan torpaqlardan verilmiş və onların istifadəsinə verilən torpaqlar da faktiki olaraq onların istifadəsində qalmışdır. Lakin son illər həmin torpaq sahələrinin mülkiyyətçiləri onların xəbəri olmadan torpaqlarını müxtəlif hüquqi və fiziki şəxslərə satmışlar. Həmin hüquqi şəxslərdən "xxxx" ASC satın aldığı 50 hektar torpağın istifadələrində olan 20 ha hissəsini və "xxxx" MMC 40 hektarını onların yurd yerlərinə qayıdanadək faktiki istifadələrində qalmasına icazə vermiş, hətta "xxxx" ASC-nin rəhbərliyi hər bir ailəyə dörd baş ana qoyun paylamaqla onlara təsərrüfatlarını genişləndirməyə kömək də etmişdir. Lakin istifadələrində olan təqribən 7-8 hektar torpaq sahəsini satın alan "xxxx" MMC onlara qarşı İsmayıllı rayon məhkəməsində torpaq sahəsindən çıxarılma, maneçiliklərə qadağa qoyulması və onlardan 13572 manat zərərin və 130,72 manat dövlət rüsumunun tutulması barədə iddia qaldırmışdır. Məhkəmənin 2(037)-1321/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən, yəni iddiaçı "xxxx" MMC-nə məxsus 7,2756 ve 1.7303 hektar torpaq sahələrindən onların çıxarılmaları, edilən müdaxilələrə son qoyulmasının qət edilməsi təmin edilmişdir. Qətnamə 14 fevral 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icraya yönəldilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi üzrə çıxarılmış nəticə məcburi köçkün kimi onların vəziyyətini ağır dözülməz hala saldığından İsmayıllı rayon icra başçısına müraciət etmişlər. İcra başçısı söz vermişdir ki, yeni elektron xəritələr gələnədək və torpaqların yerləşmə vəziyyəti tam dəqiqləşənədək onlara möhlət veriləcək və əks təqdirdə onlara başqa yerdən müvəqqəti istifadə üçün torpaq ayrılacaqdır. Lakin hələlik bunların heç biri olmadığından onlar 2023-cü ildə təkrarən faktiki istifadələrində olan torpaqlarda dənli bitkilər əkmişlər. Qətnamənin icrası ilə əlaqədar İsmayıllı rayon İcra və Probasiya şöbəsi onları torpaqlardan çıxmağa məcbur edir. Möhlət istəsələr də bunun məhkəmənin səlahiyyətində olduğunu bildirirlər. Onlar Laçın və Şuşa məcburi kökünləri olmaqla gələn ilin sonlarınadək öz doğma yurdlarına qayıtmağa ümid edirlər. Lakin indidən torpaqsız qalmaqları onları olduqca çətin və ağır maddi vəziyyətə salır. Eyni zamanda faktiki istifadələrində olan torpaqların digər mülkiyyətçiləri olan hüquqi şəxslərin rəhbərləri hazırkı qətnamənin icrasının təmin ediləcəyi təqdirdə onlar da qalan məcburi köçkünləri torpaqlarından çıxaracağı barədə xəbərdarlıq edirlər. Bu isə 60 yaxın ailənin çətin maddi vəziyyətə düşməsinə səbəb olur. Ona görə də məhkəmənin 19 dekabr 2022-ci il tarixli 2(037)-1321 nömrəli qətnaməsi üzrə çıxarılmış 14 fevral 2023-cü il tarixli icra sənədi üzrə icraya 2024-cü ilin taxıl biçini mövsümünədək möhlət verilməsini xahiş edirlər. X14 ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, məhkəmə tərəfindən qəbul olunmuş qətnamədən məlumatları vardır. Başqa yerdən torpaq sahəsi ilə təmin olunacaqları barədə onlara söz verilsə də torpaq sahəsi verilmdiyindən faktiki istifadələrində olan mübahisəli torpaq sahəsinin bir hissəsini əkmişlər. Hazırda onlara bələdiyyə tərəfindən 10 hektar torpaq sahəsi təklif olunur. Lakin həmin torpaq sahəsi uzaq məsafədə və tam yararlı olmayan ərazidə yerləşdiyindən tələbkarla yerdəyişmə etməyə razıdırlar. Lakin tələbkar onlara əvvəlki illərdə möhlət versə də hazırda heç bir razılığa gəlməyərək ərazini boşaltmağı tələb edir. Ona görə də məhkəmənin 14 fevral 2023-cü il tarixli icra sənədi üzrə icraya 2024-cü ilin taxıl biçini mövsümünədək möhlət verilməsini xahiş edir. X13 X14la eyni məzmunlu izahat verərək məhkəmənin 19 dekabr 2022-ci il tarixli 2(037)-1321 nömrəli qətnaməsinin icrasına 2024-cü ilin taxıl biçini mövsümünədək möhlət verilməsini xahiş etdi. Digər borclular Şükür Cabbarov, Sahibə Kalbalıyeva və İntı̇ qam Allahverdı̇ yev ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə onların iştirakı olmadan baxılması qərara alınmışdır. Tələbkar nümayəndəsi X5 izahat verərək göstərdi ki, Tələbkar rəhbərliyi tərəfindən borcluların başqa yerdə torpaq sahələri ilə təmin edilməsi barədə heç bir öhdəlik götürməmişdir. Torpaq islahatları zamanı həmin torpaq sahələri bölgüyə getmiş, mülkiyyətçilər öz paylarını "xxxx" MMC-yə satmışlar. MMC-nin rəhbərliyi borclulara torpaq sahələrini iki il əkib-becərmələrinə razılıq vermiş, onlar torpaq sahələrini boşaltmadıqlarından məhkəməyə müraciət olunmuş və məlum qətnamə qəbul olunmuşdur. Bundan sonra da borclulara bir il möhlət verilmişdir. Artıq borclulara kifayət qədər möhlət verilsə də onlar müxtəlif vasitələrlə mübahisəli torpaq sahəsini boşaltmaq istəmirlər. Borcluların torpaq sahələrini boşaltmağa kifayət qədər vaxtları olmuşdur. Hazırda borclular həmin torpaq sahəsinin bir hissəsini əksələr də əsas hissəsini əkməyə imkan verilməmişdir. İsmayıllı rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə heç bir əsas yoxdur. Ona görə də ərizənin təmin olunmamasını xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(037)-1321 nömrəli qətnaməsinə əsasən iddiaçı Tələbkarnə məxsus, İsmayıllı rayonu Yenikənd kəndi ərazisində yerləşən, 7,2756 hektar və 1,7303 hektar torpaq sahələrindən cavabdehlər X10, X11, X3, X4 və Allahverdı̇ yev İntı̇ qam Arı̇ f oğlunun çıxarılmaları, cavabdehlər tərəfindən edilən müdaxilələrə son qoyulması, cavabdehlər X10, X11, X3, X4 və Allahverdı̇ yev İntı̇ qam Arı̇ f oğlundan müştərək qaydada 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Tələbkarnə ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş, 14 fevral 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icra edilməsi üçün İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclular ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına 2024cü ilin taxıl biçini mövsümünədək möhlət verilməsini xahiş etmişlər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, mübahisəli torpaq sahələri aparılan islahat nəticəsində bölünmüş və mülkiyyətçilər həmin torpaq sahələrini satmışlar. Tələbkar 2020-ci ildən sonra aldığı torpaq sahələrinin iki il ərzində borclular tərəfindən əkilib becərilməsinə razılaşmış, sonradan borclular torpaq sahələrindən çıxmadıqları üçün məhkəməyə müraciət etməli olmuşdur. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün verildikdən sonra tələbkar borclulara biçin vaxtına qədər möhlət vermişdir. Buna baxmayaraq borclular mübahisəli torpaq sahəsini boşaltmamışlar. Borclular ərizə ilə müraciət edərək qeyd edilən qətnamənin icrasına möhlət verilməsini xahiş edirlər. Tələbkarın nümayəndəsi qətnaməsinin icrasına möhlət verilməsinə heç bir əsas olmadığını bildirərək təmin olunmamasını xahiş edir. İcra məmuru iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə hesab edir ki, qətnamə üzrə tələbin icrasına möhlət verilməsi tələbkarın mülkiyyətindən istifadə hüququnun pozulması ilə nəticələnər. Ona görə də qanuni qüvvəyə minmiş qətnamənin icrasına möhlət verilməsi üçün əsas olmadığından ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : X1, X11, X3, X4 və Allahverdı̇ yev İntı̇ qam Arı̇ f oğlunun İsmayıllı rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(037)-1321 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar