Məhkəmə qərarları › İş №8(037)-8/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-8/2024

01.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-8/2024 01.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi İsmayıllı Rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin 8(037)-154 nömrəli 11 avqust 2016-cı il tarixli qərardadı ilə Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair İsmayıllı Rayon İcra və probasiya şöbəsindən daxil olmuş təqdimata 01 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İsmayıllı rayon Məhkəməsinin 8(037)-154 nömrəli 11 avqust 2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 21061” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İsmayıllı Rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla müraciət edərək Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru Rahim Mustafayev təqdimatın məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli məhkəmə əmrinin icrasını təmin etmək məqsədi ilə məhkəmənin 11 avqust 2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 21061” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra sənədinin icrası təmin edildiyindən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 18 yanvar 2024-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Borcluya məxsus avtomobilin üzərində həbsin qalmasına zərurət qalmamışdır. Ona görə də Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş edir. Borclu teleqram göndərərək səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və avtomobilinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Tələbkarın nümayəndəsi təqdimata baxılması üzrə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb qərara gəlir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli 2(037)-672 nömrəli məhkəmə əmrinə əsasən Borclu 274 manat 36 qəpik borc məbləğinin tutularaq kreditor Bank Olmayan Kredit Təşkilatı Tələbkar hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə əmrinin icrasını təmin etmək məqsədi ilə İsmayıllı Rayon Məhkəməsinin 8(037)-154 nömrəli 11 avqust 2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 21061” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkarın nümayəndəsi ərizə ilə müraciət edərək icra sənədi üzrə borcun ödənildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra sənədinin icrası təmin edildiyindən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 18 yanvar 2024-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi təqdimatla müraciət edərək Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatın təmin olunmasını xahiş edir. Borclu avtomobilinə qoyulmuş həbsin götürülməsini xahiş edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana geri qaytarılır. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Borclu məxsus avtomobilin üzərinə həbs məhkəmə qərardadı ilə qoyulduğundan, icra sənədi üzrə icraata xitam verildiyindən və borcluya məxsus avtomobilin üzərində həbsin qalmasına zərurət olmadığından təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ 21061” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar