Məhkəmə qərarları › İş №8(037)-8/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-8/2025

07.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-8/2025 07.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 07 fevral 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 733/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1991-ci ildə İsmayıllı şəhərində anadan olmuş və Naxçıvan MR, Naxçıvan şəhəri, Hərbi Şəhərcik-1, Z.Y.¹1, 307 qeydiyyatda olan Borclu hər ay 190 manat sabit pul məbləği ilə müvəqqəti aliment alınaraq 03 noyabr 2020-ci il tarixdə doğulmuş X1 üçün X3 ödənilsin. İcra sənədi 07 noyabr 2023cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ona görədə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, Borclu və Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-733/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 01 iyun 2023-cü il tarixdən başlayaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək Borclu hər ay 190 manat sabit pul məbləği ilə müvəqqəti aliment alınaraq 03 noyabr 2020-ci il tarixdə doğulmuş X1 üçün X3 ödənilməlidir. İş materialarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 14 noyabr 2023-cü il tarixdə icraata başlanılmışdır. İş materialarında olan 14 noyabr 2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materialarında olan qərarın surətindən görünür ki, icra məmuru tərəfindən Borclu məcburi gətirilməsi haqqında 12 iyun 2024-cü il tarixli qərar qəbul olunmuşdur. İş materialarında olan izahatın surətindən görünür ki, icra məmuru tərəfindən Borclu 17 iyul 2024-cü il tarixdə izahat alınmışdır. İş materialarında olan sərhədkeçmə məlumatlarına dair çıxarışdan görünür ki, əvvəlki illərdə borclu bir neçə dəfə ölkə ərazisindən çıxış-giriş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-733/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 01 iyun 2023-cü il tarixdən başlayaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək Borclu hər ay 190 manat sabit pul məbləği ilə müvəqqəti aliment alınaraq 03 noyabr 2020-ci il tarixdə doğulmuş X1 üçün X3 ödənilməlidir. İcra məmuru tərəfindən 14 noyabr 2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul olunaraq icraata başlanılmış, 14 noyabr 2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İcra məmuru tərəfindən 12 iyun 2024-cü il tarixdə Borclu məcburi gətirilməsi haqqında qərar qəbul olunmuşdur. 17 iyul 2024-cü il tarixdə Borclu izahat alınmışdır. Əvvəlki illərdə borclu bir neçə dəfə ölkə ərazisindən çıxaraq qayıtmışdır. İcra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, borclunun ölkə ərazisini tərk etmək ehtimalı olduğu nəzərə alınaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx xxxxxxx 1991-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Naxçıvan MR, Naxçıvan şəhəri, Hərbi Şəhərcik-1, Z.Y.¹1, 307 qeydiyyatda olmaqla, İsmayıllı şəhəri Babadağ küçəsi ev 10 yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar