Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-81/2024 17.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-17/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə 17 iyul 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-17/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 06 fevral 2024-cü il tarixdən başlayaraq Borclu hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq 03 noyabr 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi icra edilməsi üçün İsmayıllı rayon icra və probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədinin icrası ilə bağlı Borclu xəbərdarlıq edilməsinə baxmayaraq üzürlü səbəb olmadan İsmayıllı rayon icra və probasiya Şöbəsinə gəlməmişdir.Borclu İsmayıllı rayon icra və probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınmış və bununla da icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır.Ona görə də İsmayıllı şəhəri,Babadağ küçəsi ev 10-da yaşayan Borclu İsmayıllı rayon icra və probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimata baxılanadək İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev məhkəməyə məktub göndərərək icra sənədi üzrə Borclu könüllü olaraq şöbəyə gəldiyi üçün təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev məktubunu, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Borclu könüllü olaraq İsmayıllı rayon icra və probasiya Şöbəsinə gəldiyindən və İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etdiyindən təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunmasına dair İsmayıllı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-81/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-81/2024
17.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver