Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-83/2025 08.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Borclu iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 08 sentyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(063)-444/2025 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu 11142 manat və 124 manat ödənilmiş dövlət rüsumu – cəmi 11266 (on bir min iki yüz altmış altı) manat məbləğinin alınaraq iddiaçı Tələbkar ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmşdır ki, 13 iyun 2025-ci il tarixli qərarla icraata başalanılmış İsmayıllı Rayon Məhkəməsinin 2(037)-444/2025 nömrəli 13 iyun 2025-ci il tarixli icra sənədi üzrə Borclu 11142 manat və 124 manat ödənilmiş dövlət rüsumu – cəmi 11266 manat alınaraq Tələbkar ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdıırlmalıdır. Ona görə də Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Borclu izahat verərək göstərdi ki, əvvəllər bir neçə dəfə xarici ölkəyə gedibgəlmişdir. Xaricdə olduğu müddətdə tələbkara borcunun əvəzində avtomaşın təklif etsə də tələbkar onunla razılaşmamışdır. Sonradan aylıq 500-600 manat borcundan ödəniş etməyi də təklif etsə tələbkar onun bu təklifini də qəbul etməmişdir. Tələbkar borcunun birdəfəlik ödənilməsini tələb edir. Ona məxsus “Ford” markalı yük maşınının üzərinə həbs qoyulmuş və bu hal da onun normal fəaliyyət göstərməsini məhdudlaşdırmışdır. Borcunun qaytarılmasını təmin etmək məqsədi ilə yenidən xarici ölkəyə getmək istəyir. Göstərdiklərini nəzərə alaraq təqdimata dair qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İcra məmuru və tələbkar təqdimata baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-444/2025 nömrəli 13 iyun 2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 11142 manat və 124 manat ödənilmiş dövlət rüsumu – cəmi 11266 (on bir min iki yüz altmış altı) manat məbləğinin alınaraq iddiaçı Tələbkar ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış icra sənədi icra olunması üçün İsmayıllı rayon icra və probasiya şöbəsinə göndərilmiş, şöbə tərəfindən 16 iyun 2025-ci il tarixdə icraata başlanılmışdır. İcra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmiş, icra sənədi üzrə borcunu tam şəkildə ödəməkdən yayınmışdır. İcra məmuru təqdimatla müraciət edərək Borclu ölkə ərazisini tərk edərək xaricdə gizlənmə ehtimalı olduğundan onun ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş edir. Borclu maddi imkanı olmadığından borcunu birdəfəyə ödəyə bilmədiyini, hissəhissə ödəmək istədiyini bildirirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, Borclu ölkə ərazisini tərk edərək xaricdə gizlənmə ehtimalı olduğu nəzərə alınaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı Təqdimat təmin edilsin. xx.xx.1992-ci il tarixdə İsmayıllı rayonun Quşencə kəndində anadan olmuş, İsmayıllı rayonun Quşencə kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-83/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-83/2025
08.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver