Məhkəmə qərarları › İş №8(037)-84/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-84/2023

01.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-84/2023 01.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-67/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus daşınmaz əmlak üzərinə həbs qoyulması barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-67/2023 nömrəli icra sənədinə əsasən Borclu cəmi 4060 manat məbləği tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi icra edilməsi üçün İsmayıllı rayon icra və probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-67/2023 nömrəli icra sənədinə əsasən Borclu cəmi 4060 manat məbləği tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan İsmayıllı rayonu,Təzəkənd kəndində yerləşən 5 nəfər ailə üzvü ilə birgə 0.8258 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki,məcburi icra tədbirləri kimi borclunbun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstəriklənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş edir. İsmayıllı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimata uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu,Təzəkənd kəndində yaşayır. Himayəsində azyaşlı övladları və xəstə əri vardır. Onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən 0.39 hektar və 0.4358 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Maddi durumu yaxşı deyildir. O, həmin torpaq sahələrində əkinçiliklə məşğul olaraq ailə üzvlərini dolandırır. Birgə mülkiyyətlərində olan torpaq sahəsinin üzərinə həbs qoyulması onun həmin torpaq sahəsindən istifadəsinə maneçilik törədəcək və maddi durumunu daha da çətinləşdirəcəkdir. Əgər torpaq sahəsinin üzərinə həbs qoyulmazsa gələcəkdə satıb icra sənədi üzrə borcunu ödəyəcəkdir. Ona görə də maddi imkansızlığını və himayəsində azyaşlı uşaqlarının və xəstə ərinin olmasını nəzərə alaraq ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmamasını xahiş edir. Borclu vəkili X1 borclunun izahatında qeyd olunanlara uyğun izahat verərək borcluya və digərlərinə məxsus torpaq sahələrinin üzərinə həbs qoyulması barədə İsmayıllı rayon icra və probasiya şöbəsindən daxil olmuş təqdimatın təmin edilməməsini, əgər təqdimat təmin edilərsə borcluya və digərlərinə məxsus torpaq sahəsinin istifadəsinə deyil, ancaq özgəninkiləşdirilməsinə dair hissədə həbs qoyulmasını məhkəmədən xahiş etdi. Tələbkar təqdimata baxılmasına dair məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,təqdimata baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli 3-21-3-42/2-4986/2023 nömrəli məktubdan görünür ki, Borclu adına İsmayıllı rayonu,Təzəkənd kəndində 5 nəfər ilə birgə 0.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (2/12 hissə paylı, **********,xx.xx.2020) və 0.4358 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (2/12 hissə paylı,**********,xx.xx.2020) olduğu qeyd edilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-67/2023 nömrəli icra sənədinə əsasən Borclu cəmi 4060 manat məbləği tutularaq Tələbkar xeyrinə ödənilməlidir.İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-67/2023 nömrəli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası təmin olunmamış,borcluya məxsus tələblərin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Aparılmış araşdırmalar nəticəsində Borclu adına İsmayıllı rayonu,Təzəkənd kəndində 5 nəfər ilə birgə 0.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (2/12 hissə paylı, **********,xx.xx.2020) və 0.4358 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (2/12 hissə paylı, **********,xx.xx.2020) olduğu müəyyən edilmişdir. İcra Haqqında “Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. Həmin Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli Qərarının 3-cü hissəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Məhkəmə qərara gəlir ki, üzərinə həbs qoyulması tələb edilən Borclu və digərlərinə məxsus İsmayıllı rayonu,Təzəkəınd kəndində yerləşən 0.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli Qərarının 3-cü hissəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlaklar siyahısına daxil olan əmlak olmadığından təqdimat qismən təmin edilməli, icra sənədinin icrasının təmin olunması məqsədi ilə İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən, Borclu və digərlərinin birgə mülkiyyətlərində olan 0.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Borclu payına düşən 0.078 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat qismən təmin edilsin. İsmayıllı rayonu,Təzəkənd kəndində yerləşən,Borclu və digərlərinin birgə mülkiyyətlərində olan 0.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Borclu payına düşən 0.078 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar