Məhkəmə qərarları › İş №8(037)-86/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-86/2023

06.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-86/2023 06.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, X2, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 ilə İsmayıllı rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(037)-529 nömrəli məhkəmə əmrinin hissə-hissə icra olunması barədə X2 ərizəsinə 06 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(037)-529 nömrəli məhkəmə əmri ilə cavabdehlər X6 və X3 müştərək qaydada cəmi 3935 (üç min doqquz yüz otuz beş) manat məbləğinin alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə əmri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. X11 ərizə ilə müraciət edərək məhkəmənin göstərilən qətnaməsi üzrə ödənilməmiş qalan 2774 manat məbləğinin hissə-hissə hər ay 60 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 eyni forma və məzmunlu ərizəsi məhkəmənin 24 avqust 2023-cü il tarixli 8(037)- 55 nömrəli qərardadı ilə rədd edilmişdir. Qərardad qanuni qüvvəyə minmişdir. Məhkəmə borclunun borcunu ödəmə qabiliyyətində dəyişiklik olma ehtimalını nəzərə alaraq hazırkı ərizəsini icraata qəbul etmişdir. Ramil Carıyev ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, məhkəmənin 14 mart 2016-cı tarixli məhkəmə əmrinə əsasən cəmi 3935 manat məbləğinin alınaraq Tələbkar ASC-xeyrinə tutulması qərara alınmışdır. Qeyd olunan məhkəmə əmri 2016-cı ildə icra edilməsi üçün İsmayıllı rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İsmayıllı rayon icra və probasiya şöbəsi yenidən 02 avqust 2023-cü il tarixdə iş üzrə icraata başlamaq haqqında haqqında qərar qəbul edərək məhkəmə əmrində göstərilən məbləği onlardan tələb edir. Banka olan borcunu etiraf edir. Borc məbləğindən 1500 manat ödəniş etmişdir. Sonradan bank bağlanmış və kredit borcunu hara ödəyəcəyini öyrənə bilməmişdir. Kredit borcu Prezidentin məlum Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin yeni kredit müqaviləsi bağlanılması barədə ona heç bir məlumat verilməmişdir. Hazırda bank ondan 3100 manat tələb edir. Borclu şəxs olaraq ödənilməmiş qalan məbləğin hissəhissə ödənilməsi üçün icra xidmətinə müraciət etsə də oradan bildirirlər ki, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi və ya hissə-hissə ödənilməsi onların səlahiyyətlərinə aid edilməmişdir. “Azəriqaz” İB-nin X8 İdarəsində işləyir. İcra şöbəsi tərəfindən 2023-cü ilin avqust ayından başlayaraq hər ay əmək haqqından 50 faiz tutulma aparılır. Üç azyaşlı uşağı vardır, ailədə qazanc gətirən başqa şəxs yoxdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ailə vəziyyətini nəzərə alaraq məhkəmə əmri ilə müəyyən edilmiş və ödənilməmiş qalan 2774 manat məbləğinin hissə-hissə hər ay 60 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, borclu ötən müddət ərzində müəyyən ödənişlər etsə də, borc məbləğini tam şəkildə ödəməmişdir. Barəsində məcburi icra tədbirləri görülmüş və avqust ayından başlayaraq borcun ödənilməsi hər ay 50 faiz olmaqla əmək haqqına yönəldilmişdir. Ərizəyə dair hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxır. Tələbkar ləğv prosesində olan Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə göndərərək borclu tərəfindən verilmiş ərizənin rədd olunmasını xahiş etmişdir. Məhkəmə borclunun və icra məmurunun izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(037)-529 nömrəli məhkəmə əmrinə əsasən borclular X6 və X3 müştərək qaydada 2971 manat əsas, 544 manat faiz və 400 manat cərimə, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3935 (üç min doqquz yüz otuz beş) manat məbləğinin alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri icra olunması üçün 04 aprel 2016-cı il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şöbə tərəfindən 04 aprel 2016-cı il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. Tələbkar ləğv prosesində olan Tələbkar ASC müraciət edərək məhkəmənin 14 mart 2016-cı il tarixli 2(037)-529 nömrəli məhkəmə əmrinin İsmayıllı rayon İcra və Probasiya Şöbəsində olmadığını bildirmiş və icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Tələbkarın müraciətinə əsasən göstərilən icra sənədi icra olunması üçün 20 iyul 2023-cü il tarixdə yenidən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şöbə tərəfindən 02 avqust 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən 07 avqust 2023-cü il tarixdə borclunun əmək haqqından 50 faiz tutularaq tələbkarın hesabına ödənilməsi üçün borclunun iş yeri üzrə “Azəriqaz” İstehsalat Birliyinə göstəriş verilmişdir. X11 ailə və maddi vəziyyətini nəzərə alaraq qeyd olunan məhkəmə əmri üzrə ödənilməmiş qalan 2774 manat məbləğinin hissə-hissə hər ay 60 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İcra məmuru ərizəyə dair hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə məhkəmə araşdırması zamanı borclu ödəmə qabiliyyətində hər hansı dəyişikliyin olması barədə sübut təqdim etməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə əmri üzrə tələb olunan borc məbləğinin hisshissə yəni borclunun tələb etdiyi məbləğdə hər ay 60 manat ödənilməsi icra sənədinin icrasını uzun müddət ləngidə bilər və bu hal tələbkarın qanunla ona verilmiş hüquqlarının pozulması ilə nəticələnər. Eyni zamanda icra məmuru tərəfindən borcun ödənilməsini təmin etmək məqsədi ilə məcburi icra tədbiri kimi tələb borclunun əmək haqqına yönəldilmişdir. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə əmrinin hissə-hissə icra olunması üçün əsas olmadığından ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsmayıllı rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(037)-529 nömrəli məhkəmə əmrinin hissə-hissə icra olunması barədə X7 ərizəsi təmin edilməsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar