Məhkəmə qərarları › İş №8(037)-86/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-86/2024

31.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-86/2024 31.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi Borclu iştirakı ilə, Borclu məxsus əmlakın üzərindən həbsin götürülməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 31 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2(037)-1133/2023 nömrəli icra sənədinə əsasən Borclu 1484,9 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(037)-53/2024 nömrəli qərardadı ilə icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına qeydə alınmış “QAZ 3110” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla müraciət edərək Borclu adına qeydə alınmış “QAZ 3110” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2(037)-1133/2023 nömrəli icra sənədinə əsasən Borclu 1484,9 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. İcra sənədi 15 dekabr 2023-cü il tarixdə İsmayıllı rayon İcra və probasiya şöbəsinə daxil olmuş və icraya yönəldilmişdir. İcra sənədi barədə borcluya məlumat verilmişdir. İcra sənədi üzrə 1484,9 manat məbləğində borcun ödənilməsi məqsədi ilə Borclu adına qeydə alınmış “QAZ 3110” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(037)-53/2024 nömrəli qərardadı ilə Borclu əmlakının üzərinə həbs qoyulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2(037)-1133/2023 nömrəli icra sənədi üzrə borc tam şəkildə ödənildiyindən icra sənədinin icraatına xitam verilmiş və qeyd olunan avtomobilin üzərinə həbs qoyulması zərurəti aradan qalxmışdır. Ona görə də Borclu adına qeydə alınmış “QAZ 3110” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş edir. İcra məmuru və tələbkar təqdimata baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasına mümkün hesab etmişdir. İş üzrə Borclu izahat verərək göstərdi ki, tələbkara olan borcunu tam ödəmişdir. Ona məxsus avtomobilin üzərindən həbsin götürülməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin olunmalıdır. İşdə olan İsmayıllı Rayon Məhkəməsi tərəfindən 13 dekabr 2023-cü il tarixdə verilmiş icra vərəqəsidən görünür ki, Borclu 1484,9 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi göstərilmişdir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 8(037)-53/2024 nömrəli qərardadından görünür ki, Borclu adına qeydə alınmış “QAZ 3110” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İşdə olan Tələbkar Sığorta Şirkəti ASC tərəfindən olan verilmiş 27 iyun 2024-cü il tarixli məktubun surətindən görünür ki, qətnamə üzrə 1450 manat sığorta ödənişi və 34,90 manat dövlət rüsumu Borclu oğlu tərəfindən tam ödənildiyindən icra işinə xitam verilməsi xahiş olunmuşdur. İşdə olan İsmayıllı rayon İcra və probasiya şöbəsinin 18 iyul 2024-cü il tarixli qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan iş üzrə icraata xitam verilmişdir. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2(037)-1133/2023 nömrəli icra sənədinə əsasən Borclu 1484,9 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(037)-53/2024 nömrəli qərardadı ilə Borclu adına qeydə alınmış “QAZ 3110” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İcra sənədi tam şəkildə icra olunduğundan İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 18 iyul 2024-cü il tarixli qərarı ilə İsmayıllı rayon məhkəməsinin 13 dekabr 2023-cü il tarixli e-2(037)- 1133/2023 nömrəli icra sənədinin icraatına xitam verilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi təqdimatla müraciət edərək Borclu adına qeydə alınmış “QAZ 3110” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə təqdimatın təmin olunmasını xahiş edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Borclu məxsus avtomobilin üzərinə həbs məhkəmə qərardadı ilə qoyulduğundan, icra sənədi üzrə icraata xitam verildiyindən və borcluya məxsus avtomobilin üzərində həbsin qalmasına zərurət olmadığından təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,8(037)-53/2024 nömrəli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan “QAZ 3110” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar