Məhkəmə qərarları › İş №8(037)-88/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-88/2023

08.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-88/2023 08.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, Ərizəçi Tələbkar ASC-nin müvəqqəti təminat tədbirinin ləğv edilməsinə dair ərizəsinə 08 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(037)-61/2019 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin cavabdehlər Borclu1 və Borclu2 qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-1302/2018 nömrəli qərardadı ilə cavabdeh Borclu1 mülkiyyətində olan “Chevrolet Aveo minik” markalı, **-ET- *** dövlət nömrə nişanlı avtomobilin üzərinə mülki işin məhkəmə baxışı başa çatanadək həbsin qoyulması və həmin avtomobilin həm cavabdeh Borclu1, həm də digər şəxslər tərəfindən istifadə olunmasının qadağan edilməsi qərara alınmış, qərardadın icrası İsmayıllı rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(037)-61/2019 saylı qətnaməsi ilə Tələbkar ASC-nin cavabdehlər Borclu1 və Borclu2 qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-1302/2018 nömrəli qərardadı ilə cavabdeh Borclu1 mülkiyyətində olan “Chevrolet Aveo minik” markalı, **-ET-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə mülki işin məhkəmə baxışı başa çatanadək həbs qoyulmuş və həmin avtomobilin həm cavabdeh Borclu1, həm də digər şəxslər tərəfindən istifadə olunması qadağan edilmiş, qərardadın icrası İsmayıllı rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. Hazırda tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə olunmuşdur.Bu səbəbdən də Borclu1 məxsus “Chevrolet Aveo minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması zərurəti aradan qalxmışdır. Göstərilənlərə əsasən Borclu1 məxsus “Chevrolet Aveo minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməsini xahiş edir. Tələbkar ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və borclular Borclu1 və Borclu2 müvəqqəti təminat tədbirinin ləğv edilməsinə dair ərizəyə baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını qərara almışdır. İşdə olan Tələbkar ASC-nin əməliyyat idarəsi tərəfindən təsdiq edilmiş 23 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Borclu1 “Bank VTB (Azərbaycan) ASC-yə 114474- 1-7417/2 saylı, xx.xx.2017-ci il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixinə olan borcu 0.00 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(037)-61/2019 saylı qətnaməsi üzrə yaranmış borc məbləği Borclu1 tərəfindən tam ödənildiyindən ona məxsus əmlakın həbsdə olmasına zərurət aradan qalxmışdır. Ona görə də ərizə təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-1302/2018 nömrəli qərardadı ləğv edilməli, Borclu1 mülkiyyətində olan “Chevrolet Aveo minik” markalı,**-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-1302/2018 nömrəli qərardadı ləğv edilsin. Borclu1 mülkiyyətində olan “Chevrolet Aveo minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar