Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-90/2024 15.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, Tələbkar İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 15 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-592/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu cəmi 5530 manat borcun tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İsmayıllı rayon icra və probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinin icrasına xx.xx.2021-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir.İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi ev 15-A ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildirişi göndərilmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq borclu icra şöbəsinə gəlməkdən boyun qaçırmış, icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş olunmuşdur. İsmayıllı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimata uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Tələbkar izahat verərək göstərdi ki, uzun müddət keçməsinə baxmayaraq borclu icra sənədi üzrə ona olan borcunu ödəməmişdir. Borcun ödənilməsindən müxtəlif bəhanələrlə yayınır. İş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Məhkəmə icra məmurunun və tələbkarın izahatlarını dinləyib, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimat və təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-592/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 5000 manat əsas, 500 manat əldən çıxmış fayda və 30 manat dövlət rüsumu olmaqla cəmi 5530 manat borc məbləğinin alınaraq Tələbkar ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və probasiya şöbəsinə göndərilmiş və şöbə tərəfindən 15 oktyabr 2021-ci il tarixdə «İcraata başlamaq haqqında» qərar qəbul olunmuşdur. Həmin tarixdə müvafiq bildiriş borclunun ünvanına göndərilmiş, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Lakin, Borclu icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1972-ci ildə İsmayıllı rayonun, İsmayıllı kəndində anadan olmuş, İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi ev 15-A ünvanında qeydiyyatda olmaqla yaşayan borclu Bayramov X2 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-90/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-90/2024
15.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver