Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-91/2023 22.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Maraqlı şəxs icra məmuru X3 iştirakı ilə Ərizəçi Borclu İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(037)-710 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi üzrə işə 22 dekabr 2023-cü il tarixdə məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(037)-710 saylı qətnaməsi ilə cavabdehlər X5, X4, X6, Borclu, X2 və X1 İsmayıllı şəhəri, Təbriz küçəsi dalan 2-də 0,1459 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin tamamilə boşaldılaraq mülkiyyətçi "xxxx" ASC-yə təhvil verilməsi, fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(107)-2950 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmayaraq qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli 2(102)-2638 qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(107)-2950 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına möhlət verilməsini xahiş etmişdir. Borclu ərizəsini belə əsaslandırmışdır ki, Maraqlı şəxs bildirişini 28 noyabr 2023-cü il tarixdə almışdır. Həmin işlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərardadından kassasiya şikayəti yazmışdır. Bundan başqa həmin ünvanda olan torpaq sahəsi ona məxsusdur və mübahisə predmeti olan ev onun üzərində tikilmişdir. İki azyaşlı nəvələri onunla birlikdə həmin evdə yaşayır. Onun yaşamağa ayrı mənzili yoxdur. Ona görə də qanunvericiliyin tələbinə uyğun olaraq yaz fəslinə qədər və Ali Məhkəmə işə baxanadək ona möhlət verilməsini xahiş edir. Borclu məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Maraqlı şəxs icra məmuru Paşa Ləzimov izahat verərək göstərdi ki, borclu icra şöbəsində olarkən bildirmişdir ki, qətnamənin icrasına möhlət verilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Ona görə də icra tədbirlərinin aparılması ilə bağlı müvafiq təyinat verilməmişdir. İş üzrə hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə icra məmurunun izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş -İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(037)-710 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər X5, X4, X6, Borclu, X2 və X1 İsmayıllı şəhəri, Təbriz küçəsi (əvvəlki B. Mirzəyev küçəsi) dalan 2-də 0,1459 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 167,9 fərdi yaşayış evindən çıxarılmaları, İsmayıllı şəhəri, Təbriz küçəsi (əvvəlki B. Mirzəyev küçəsi) dalan 2-də 0,1459 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 167,9 fərdi yaşayış evinin tamamilə boşaldılaraq mülkiyyətçi "xxxx" ASC-yə təhvil verilməsi, cavabdehlər X5, X4, X6, Borclu, X2 və X1 İsmayıllı şəhəri, Təbriz küçəsi (əvvəlki B.Mirzəyev küçəsi) dalan-2-də 0,1459 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 167,9 kv.m olan 1 mərtəbəli, 4 otaqlı, 10 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi qət edilmişdir. -Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(107)-2950 saylı qətnaməsinin surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(037)-710 saylı qətnaməsindən cavabdehlər Borclu və Kamran Əhmədovun nümayəndəsi Nəvaid Abbasov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli 2(102)-2638 qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(107)-2950 saylı qətnaməsindən cavabdeh Borclu və vəkili Nəvaid Abbasov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. -Maraqlı şəxs 03 oktyabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(037)-710 saylı qətnaməsi üzrə icraata başlanılaraq borclulara 10 gün müddətində icranı könüllü olaraq təmin etmələri qərara alınmışdır. -Maraqlı şəxs 22 noyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(037)-710 saylı qətnaməsi üzrə icraata başlanılaraq borclulara 10 gün müddətində icranı könüllü olaraq təmin etmələri qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2–ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, qətnamənin icrasına yaz fəslinə qədər möhlət verilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə 31 avqust 2018-ci il tarixdə çıxarılmış, borclu tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmayaraq qətnamə qüvvədə saxlanılmışdır. Qətnamə hazırki vaxtadək isə icra edilməmişdir. Bundan sonra həmin qətnamənin icrasına əlavə möhlət verilməsi əsaslı sayıla bilməz. Bu hal tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Bundan başqa Borclu qətnamənin icrasına möhlət verilməsinə əsas kimi Şəki İnzibati Məhkəməsinin iddianın mümkünlüyü barədə qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verdiyini göstərir. Bu hal da iş üzrə hazırkı iş üzrə qətnamənin icrasına möhlət verilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, Borclu qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 231, 263, 264 və 266-268–ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Ərizəçi Borclu İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(037)-710 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-91/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-91/2023
22.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver