Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-91/2024 15.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(037)-161/2024 nömrəli qətnaməsinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət olunmuşdur. İcra sənədi icra olunması üçün İsmayıllı rayon İcra və probasiya şöbəsinə verilmişdir. İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(037)-161/2024 nömrəli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 19 fevral 2024-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan İsmayıllı rayonu Qurbanəfəndi kəndi ünvanında yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsinin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulması və icrası üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin 9 nömrəli Qəbələ Ərazi İdarəsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. İsmayıllı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimata uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Borclu və Tələbkar təqdimata baxılmasına dair məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq təqdimata baxılmasına dair məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata borclu və tələbkarın iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına dair çıxarışdan görünür ki, Borclu adına İsmayıllı rayonu Qurbanəfəndi kəndində ümumi birgə mülkiyyətdə 0.12 hektar həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(037)-161/2024-011 nömrəli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası təmin olunmamış, borcluya məxsus tələblərin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Aparılmış araşdırmalar nəticəsində Borclu adına İsmayıllı rayonu Qurbanəfəndi kəndində ümumi birgə mülkiyyətdə 0.12 hektar həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İcra Haqqında “Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli Qərarının 3-cü hissəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Məhkəmə qərara gəlir ki, üzərinə həbs qoyulması tələb edilən Borclu adına İsmayıllı rayonu Qurbanəfəndi kəndi ünvanında yerləşən 0.12 hektar həyətyanı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli Qərarının 3-cü hissəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlaklar siyahısına daxil olan əmlak olmadığından təqdimat qismən təmin edilməli, icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu adına İsmayıllı rayonu Qurbanəfəndi kəndində ümumi birgə mülkiyyətdə olan 0.12 hektar həyətyanı təyinatlı torpaq sahəsinin ona çatan hissəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməlidir. Məhkəmə hesab edir ki, təqdimatda göstərilən üzərinə həbs qoyulmuş əmlakın icrası üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin 9 nömrəli Qəbələ Ərazi İdarəsinə göndərilməsi məsələsi bilavasitə icra məmurunun səlahiyyətinə aid olduğundan icra məmurunun hazırki təqdimatı həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. İsmayıllı rayonu Qurbanəfəndi kəndində yerləşən, Borclu mülkiyyətində olan 0.12 hektar həyətyanı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-91/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-91/2024
15.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver