Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-92/2024 20.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Borclu məcburi gətirilməsinə dair İsmayıllı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə 20 avqust 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli 2(037)-1165/2019 nömrəli qətnaməsinə əsasən Tələbkar evinə və qurğularına zərər vuran Borclu məxsus 1 ədəd qoz, 1 ədəd bəhli, 3 topa fındıq və 1 ədəd alça ağacları kəsilməlidir. İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Musatafayev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədinin icrasına 17 yanvar 2019-cu il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı rayonun İsmayıllı kəndindəki ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildirişi göndərilmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq borclu icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Təqdimata baxılanadək Borclu könüllü olaraq şöbəyə gəldiyi üçün icra məmuru müraciət edərək təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunmasına dair İsmayıllı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-92/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-92/2024
20.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver