Məhkəmə qərarları › İş №8(037)-92/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-92/2025

28.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-92/2025 28.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Tələbkar, Təqdimat verən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Aqil Məmmədovun iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 28 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-324/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Tələbkar ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ÇÇİ 713486 nömrəli müqaviləyə əsasən öhdəliyə xitam verilərək 08 adda zərgərlik məmulatı 03 ədəd 11.5 qram çəkidə 750 əyarlı moneta-862.50 manat, 01 ədəd 08 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl onluq-600 manat, 01 ədəd 6.5 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl beşlik-487 manat, 01 ədəd 5.5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük 220 manat, 01 ədəd 4.4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük 264 manat, 01 ədəd 6.5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük 390 manat, 01 ədəd 6.5 qram çəkidə 583 əyarlı qızıl sırğa 390 manat və 01 ədəd 7.4 qram çəkidə 583 əyarlı qızıl zəncir-444 manat və ya onların ümumi dəyəri 3767.11 manat "xxxx" MMC-dən alınaraq Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixində ismayıllı rayon icra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ona görə də təqdimatın təmin edilərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Tələbkar məhkəmə iclasında izahat verərək göstərdi ki, İmişli şəhəri, Z.Əliyeva küçəsi ev 85, mənzil 9 ünvanında yaşayır.ünvan 1naməsi ilə ümumi dəyəri 3767.11 manat olan qızıl-zinət əşyaları və ya onların dəyəri "xxxx" MMC-dən alınaraq ona verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi xx.xx.2020-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Həmin vaxtdan hazırkı vaxtadək icra sənədi üzrə tələb borclu tərəfindən ödənilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin rəhbəri Borcludur. Onun Borclu ilə heç bir düşmənçiliyi yoxdur və icra sənədi üzrə ona ödənilməli olan pulu tələb edir. O, məhkəmə mübahisəsi gedən zaman mübahisəli qızıl-zinət əşyaları ilə bağlı Bakı şəhərində "xxxx" MMC-nin əməkdaşları Elnur və Nigar adlı şəxslərlə görüşmüş, ancaq ona məxsus qızılzinət əşyaları hamısı yerində olmadığından aralarında razılaşma əldə edilməmişdir. Ona məxsus qızıl-zinət əşyaları "xxxx" MMC-nin əməkdaşları Elnur və Nigar adlı şəxslərdədir və icra sənədində qeyd edilən qızıL-zinət əşyalarını, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların dəyərlərini Elnur və Nigar adlı şəxslərdən tələb edir. Ona görə də məhkəmədən icra sənədi üzrə borcun ona ödənilməsinə köməklik edilməsini xahiş edir. Təqdimat verən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Aqil Məmmədov məhkəmə iclasında izahat verərək göstərdi ki, hazırkı təqdimatla məhkəməyə müraciət edildikdən sonra Ədliyyə Nazirliyi Elektron İcra Sistemində axtarış aparılmış və əldə edilmiş məlumatdan görünür ki, "xxxx" MMC-də rəhbər dəyişikliyi olmuş və həmin şirkətin rəhbəri X2r və hal-hazırda həmin şəxs də rəhmətə getmişdir. Eyni zamanda "xxxx" MMC fəaliyətini dayandırmışdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)- 324/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində tələbin "xxxx" MMC-dən tutulması qeyd edilmişdir. Həmin icra sənədində Nigar adlı şəxsin adı qeyd edilmədiyindən həmin şəxsə qarşı icra hərəkətləri aparmaq mümkün deyildir. Sözügedən icra sənədinə əsasən məsuliyyəti "xxxx" MMC-nin rəhbəri məsuliyyət daşıyır və həmin şəxs də hazırda vəfat etdiyindən ona qarşı icra tədbirləri görmək mümkün deyildir. Hazırkı iş üzrə Borclu "xxxx" MMC-nin rəhbəri olmadığından onun barəsində hər hansı icra tədbiri aparılması mümkün deyildir.Qeyd etdikləri nəzərə alınmaqla, təqdimatın geri qaytarılması və ya xitam edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Tələbkar və təqdimat verən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Aqil Məmmədovun izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri icra işi ilə birlikdə araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş üzrə tədqiq edilmiş sənədlərə əsasən: Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-324/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Tələbkar ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ÇÇİ 713486 nömrəli müqaviləyə əsasən öhdəliyə xitam verilərək 08 adda zərgərlik məmulatı 03 ədəd 11.5 qram çəkidə 750 əyarlı moneta-862.50 manat, 01 ədəd 08 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl onluq-600 manat, 01 ədəd 6.5 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl beşlik-487 manat, 01 ədəd 5.5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük 220 manat, 01 ədəd 4.4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük 264 manat, 01 ədəd 6.5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük 390 manat, 01 ədəd 6.5 qram çəkidə 583 əyarlı qızıl sırğa 390 manat və 01 ədəd 7.4 qram çəkidə 583 əyarlı qızıl zəncir-444 manat və ya onların ümumi dəyəri 3767.11 manat "xxxx" MMC-dən alınaraq Tələbkar verilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1950-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, №5-54-1/2-407/2025 saylı İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı məktubdan görünür ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 23 ünvanında "xxxx" MMC-nin hər hansı fəaliyyətinin qeydə alınmadığı qeyd edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli elektron sorğulanma məlumatından görünür ki, Borclu xx.xx.2012-ci ildən, ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçərək hüquqi ünvanı ünvan 3at hissələrinin pərakəndə satışı fəaliyyəti ilə məşğul olur və VÖEN statusu aktivdir. Elektron İcra İnformasiya Sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli elektron sorğulanma məlumatından görünür ki, "xxxx" MMC xx.xx.2014-cü il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmişdir, hüquqi ünvanı İsmayıllı şəhəri, Axundov ev 23 olmaqla, rəhbəri X2r, Lombardların fəaliyyəti fəaliyyəti ilə məşğul olur və VÖEN statusu fəaliyyəti müvəqqəti dayandırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Araşdırma zamanı müəyyən edildi ki, "xxxx" MMC xx.xx.2014-cü il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmiş, hüquqi ünvanı İsmayıllı şəhəri, Axundov ev 23 olmaqla, rəhbəri X2r və Lombardların fəaliyyəti fəaliyyəti ilə məşğul olur və VÖEN statusu fəaliyyəti müvəqqəti dayandırılmışdır. Borclu xx.xx.2012-ci ildən, ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçərək hüquqi ünvanı ünvan 4yat hissələrinin pərakəndə satışı fəaliyyəti ilə məşğul olur və VÖEN statusu aktivdir. Məhkəmə qeyd edir ki, İsmayıllı şəhəri,Axundov ev 23 ünvanında qeydiyyatdan keçmiş və hal-hazırda fəaliyyət göstərməyən "xxxx" MMC-nin rəhbəri kimi hazırkı iş üzrə Borclu deyil, X1 adı qeyd olunduğundan hazırkı iş üzrə təqdimatın təmin edilməsi borclunun hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231,267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar