Məhkəmə qərarları › İş №8(037)-93/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-93/2024

21.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-93/2024 21.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, X1 Maraqlı şəxs böyük icra məmuru Rahim Mustafayevin və rəisi Elman İsrafilovun hərəkətlərindən və qərarından daxil olmuş şikayət ərizəsinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının və hərəkətlərinin qanunsuz hesab olunması və bu şikayətinə baxılanadək icra vərəqəsi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs icra məmuru xx.xx.2024-cü il tarixli məktubuna əsasən o və ailə üzvləri qızı Ülkər Əhmədova,oğlanları Kamran Əhmədov,İmran Əhmədov,arvadı Firəngiz Əhmədova və azyaşlı nəvəsi X5 şəhəri,B.Mirzəyev küçəsi dalan 2, ev 10-da 0.1459 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 167.9 kv.metr olan 1 mərtəbəli 4 otaqlı,10 saylı fərdi yaşayış evindən çıxarılmalıdırlar.İddia ərizəsinin əsaslarına görə İsmayıllı rayon XDS-nin İ.K-nin 25 may 1990-cı il tarixli 6 saylı qərarı ilə növbəlilik əsasında fərdi yaşayış evi tikmək üçün ona İsmayıllı şəhəri,B.Mirzəyev küçəsi dalan 2, ev 10 saylı sahədə 0.06 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Lakin cavabdeh orqan ona ayrılmış torpaq sahəsində inşa etdiyi 1 mərtəbəli, 4 otaqlı 56.4 kv.metr yaşayış, 81 kv.metr köməkçi sahədən ibarət 10 saylı fərdi yaşayış evini oğlu Kamran Əhmədovun adına qeydiyyata almışdır.Kamran Əhmədovun adına xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış xx.xx.2008-ci il tarixli 4Ə/672 saylı notarial alqı-satqı müqaviləsi əsasında verilmişdir. Kamran Əhmədov tərəfindən qeyd olunan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və daha sonra kredit borcuna görə hərraca çıxarılmış, hərrac vasitəsi ilə "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Ona görə də şikayətinin təmin edilərək Maraqlı şəxs icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının və hərəkətlərinin qanunsuz hesab olunmasını və bu şikayətinə baxılanadək icra vərəqəsi üzrə icraatın dayandırılmasını xahiş edir. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, X2 və hərəkətlərindən və qərarından şikayət verilən Maraqlı şəxs böyük icra məmuru Rahim Mustafayev və rəisi Elman İsrafilov məhkəmə iclasına gəlməmişlər və gəlməmələri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə şikayətə X7un və hərəkətlərindən və qərarından şikayət verilən Maraqlı şəxs böyük icra məmuru Rahim Mustafayev və rəisi Elman İsrafilovun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Maraqlı şəxs rəisi kiçik ədliyyə müşaviri Elman İsrafilovun xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(037)-710/2018 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 7.1-ci maddəsinə əsasən, icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 9.1-ci maddəsinə əsasən, icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Məhkəmə o halı da xüsusilə vurğulayır ki, Maraqlı şəxs rəisi kiçik ədliyyə müşaviri Elman İsrafilovun xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Bu qərar qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməsindən ötrü verilmiş icra vərəqəsi əsasında qəbul olunmuş və “İcra haqqında” Azərbaycan Respublikasının 7-ci, 8-ci və 9-cu maddələrinin tələbləri əsasında qəbul edilmişdir və şikayətdə göstərilən xüsusatlar qərarın ləğv edilməsi üçün əsas təşkil edə bilməz. Eyni zamanda hərəkətlərindən şikayət verilmiş Maraqlı şəxs böyük icra məmuru Rahim Mustafayevin və rəisi Elman İsrafilovun hərəkətlərində hər hansı qanunsuz hallara yol verilməsi aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, X1 Maraqlı şəxs böyük icra məmuru Rahim Mustafayevin və rəisi Elman İsrafilovun hərəkətlərindən və qərarından daxil olmuş şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264,268,269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Maraqlı şəxs böyük icra məmuru Rahim Mustafayevin və rəisi Elman İsrafilovun hərəkətlərindən və qərarından daxil olmuş şikayəti təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar