Məhkəmə qərarları › İş №8(037)-94/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-94/2023

21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-94/2023 21.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli e-2(037)-823 saylı icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya şöbəsindən daxil olmuş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli e-2(037)-823 saylı qətnaməsinə əsasən, cavabdeh Borclu 974,16 manat əsas borc, 96 manat faiz və ödənilmiş 31,11 manat dövlət rüsumu olmaqla cəmi 1101,27 manat məbləğinin alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 03 avqust 2022-ci il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon icra və probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-823/2022-007 nömrəli 03 avqust 2022-ci il tarixli icra sənədinə əsasən borclu X1 1101,27 manat pul vəsaitinin tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 03 avqust 2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X2 icra sənədində göstərilən İsmayıllı rayonu Qalacıq kəndindəki ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də Borclu məcburi gətiriməsi barədə qərar qəbul olunmasını xahiş edir. Tərəflər təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli e-2(037)-823 saylı qətnaməsinə əsasən, cavabdeh Borclu 974,16 manat əsas borc, 96 manat faiz və ödənilmiş 31,11 manat dövlət rüsumu olmaqla cəmi 1101,27 manat məbləğinin alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 03 avqust 2022-ci il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı Borclu dəfələrlə xəbərdarlıq göndərilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Borclu İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınmış və bununla da icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, Borclu İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınması nəzərə alınmaqla onun məcburi gətirilməsi barədə qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx xxx 1992-ci il tarixdə İsmayıllı rayonun Qalacıq kəndində anadan olmuş və İsmayıllı rayonun Qalacıq kəndində yaşayan Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon icra və probasiya şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar