Məhkəmə qərarları › İş №8(037)-94/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-94/2025

30.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-94/2025 30.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Borclu, Təqdimat verən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyevin iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 30 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-2556/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X1 3000 manat mənəvi zərərə görə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3030 manat alınaraq Tələbkar ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir.Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Borclu məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, İvanovka kəndində yaşayır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-2556/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 3030 manat alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi üzrə tələbkara olan 3030 manat borcunun bir hissəsini ödəmişdir. Hazırda onun icra sənədi üzrə tələbkara 1380 manat borcu qalmışdır. Əgər vaxt verilərsə, icra sənədi üzrə tələbkara olan 1380 manat borcunu bir neçə gün ərzində tam ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Təqdimat verən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-2556/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu X1 cəmi 3030 manat alınaraq Tələbkar ödənilməlidir. Borclu icra sənədi üzrə tələbkara olan 3030 manat borcunun bir hissəsini ödəmişdir. Hazırda borclunun icra sənədi üzrə tələbkara ödənilməmiş 1380 manat borcu qalmışdır. Borclu barəsində inzibati tədbir görülməsi üçün materiallar məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən borcluya icra sənədi üzrə ödənilməmiş qalan 1380 manat borcun ödənilməsinə görə 13 gün vaxt verilmişdir. Hesab edir ki, borclu həmin vaxtadək icra sənədi üzrə borcu tam ödəyər və hazırkı iş üzrə təqdimatın təmin edilməsinə zərurət qalmaz. Qeyd etdikləri nəzərə alınmaqla,hazırkı iş üzrə təqdimatın geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar X2 təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Borclu və təqdimat verən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyevin izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri icra işi ilə birlikdə araşdıraraq hesab edir ki, icra məmuru təqdimatın geri qaytarılmasını xahiş etdiyindən təqdimat və əlavə sənədlər geri qaytarılmalıdır. Belə ki, iş üzrə tədqiq edilmiş sənədlərə əsasən: Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-2556/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, borclu X1 3000 manat mənəvi zərər və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3030 manat alınaraq Tələbkar ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətlərindən görünür ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-2556/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında Borclu yaşadığı İsmayıllı rayonu, İvanovka kəndi ünvanına bildiriş göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən borclu fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Qeyd edilənlərə əsasən məhkəmə İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Borclu məhkəmə iclasında icra sənədi üzrə ödənilməmiş qalan 1380 manat borcunu bir neçə günə tələbkara tam ödəyəcəyini öhdəsinə götürdüyündən və İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev təqdimatın baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdiyindən təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar