Məhkəmə qərarları › İş №8(037)-95/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-95/2025

05.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-95/2025 05.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Tələbkar iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 05 noyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-577/2025 nömrəli 07 iyul 2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 22900 manat pul və 159 manat dövlət rüsumu olmaqla, cəmi 23059 manat məbləğinin alınaraq iddiaçı Tələbkar ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 20 avqust 2025-ci il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmşdır ki, 26 avqust 2025-ci il tarixli qərarla icraata başlanılmış İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-577/2025 nömrəli 20 fevral 2024-cü il tarixli icra sənədi üzrə Borclu 22900 manat pul və 159 manat dövlət rüsumu olmaqla, cəmi 23059 manat məbləğinin alınaraq iddiaçı Tələbkar ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ona görə də Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Tələbkar izahat verərək göstərdi ki, borclu onun yaxın rəfiqəsi olmuşdur. İş qurmaq məqsədilə ondan əvvəl 22000 manat, bir müddət sonra isə 12000 manat pul alıb. Borcundan bir hissəsini qaytarsa da 22900 manat borcu qalmışdır. İsmayıllı rayonu ərazisində 500000 manat dəyərində torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini sataraq borcunu ödəməkdən iki ildən artıq vaxtdır ki yayınır. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Borclu və icra məmuru təqdimata baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-577/2025 nömrəli 07 iyul 2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 22900 manat pul və 159 manat dövlət rüsumu olmaqla, cəmi 23059 manat məbləğinin alınaraq iddiaçı Tələbkar ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 20 avqust 2025-ci il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, şöbə tərəfindən həmin tarixdə icraata başlanılmışdır. İcra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə və borcu ödəyəcəyinə dair izahat verməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmiş, borcunu ödəməkdən yayınmışdır. Tələbkar ərizə ilə müraciət edərək icra sənədi üzrə heç bir ödəniş olunmadığından borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. İcra məmuru təqdimatla müraciət edərək Borclu ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. İş materiallarına əlavə edilmiş “Elektron icra” informasiya sisteminin məlumatından görünür ki, Borclu müxtəlif vaxtlarda ölkəni tərk edərək ölkəyə qayıtmış, sonucu dəfə 27 iyul 2025-ci il tarixdə X1 Aeroportundan sərhəddən çıxmışdır. Ölkəyə girişi qeydə alınmamışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Azərbaycan Respublikası Mülki Prosussual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərininölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə hesab edir ki, Borclu qanuni qüvvəyə minmiş qətnamə üzrə borc məbləğinin miqdarını, qətnaməni icra etməkdən yayındığını, eyni zamanda ölkə ərazisini tərk edərək xarici ölkələrə gedib-gəlməsini nəzərə alaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı Təqdimat təmin edilsin. 05 avqust 1990-cı il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı şəhəri M.Hüseyn küçəsi ev 20-də yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar