Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-96/2023 21.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2023-cü il tarixli e-2(001)-3083 saylı icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya şöbəsindən daxil olmuş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli e-2(001)-3083 saylı qətnaməsinə əsasən, "xxxx" ASC ilə Borclu arasında bağlanmış 15 iyul 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinin ləğv edilməsi, Borclu və X2 18222,37 manat əsas, 1351,57 manat faiz, ümumilikdə 19573,94 manat və dövlət rüsumunun əvəzi kimi 149,12 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 05 avqust 2023-cü il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon icra və probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2023-cü il tarixli e- 2(001)-3083 nömrəli icra sənədinə əsasən, Borclu 19573,94 manat və 149,12 manat pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi 11 avqust 2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X1 icra sənədində göstərilən İsmayıllı rayonu Zeyvə kəndindəki ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də Borclu məcburi gətiriməsi barədə qərar qəbul olunmasını xahiş edir. Tərəflər təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli e-2(001)-3083 saylı qətnaməsinə əsasən "xxxx" ASC ilə Borclu arasında bağlanmış 15 iyul 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinin ləğv edilməsi, Borclu və X2 15 iyul 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə yaranmış 18222,37 manat Əsas, 1351,57 manat faiz borcu olmaqla, ümumilikdə 19573,94 manat və dövlət rüsumunun əvəzi kimi 149,12 manat məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 05 avqust 2022-ci il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı Borclu dəfələrlə xəbərdarlıq göndərilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Borclu İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınmış və bununla da icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, Borclu İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınması nəzərə alınmaqla onun məcburi gətirilməsi barədə qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx xxxx 1995-ci il tarixdə İsmayıllı rayonun Zeyvə kəndində anadan olmuş və İsmayıllı rayonun Zeyvə kəndində yaşayan Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon icra və probasiya şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-96/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-96/2023
21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver