Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-97/2024 27.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Siyəzən Rayon Məhkəməsinin 2(059)-328/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 27 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Siyəzən Rayon Məhkəməsinin 2(059)-328/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 154 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 2(059)-328/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 154 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2018-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı rayonun Vəng kəndi ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildirişi göndərilmiş, borclu icraata başlamaq haqqında qərarın sürətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclunun məcburi gətirilməsi haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev, Tələbkar və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş Siyəzən Rayon Məhkəməsinin 2(059)-328/2018 saylı, xx.xx.2018ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, həmin məhkəmənin 06 iyun 2012-ci il tarixli, 2(059)-153/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 154 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə Borclu məcburi gətiriliməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş üzrə göründüyü kimi icra məmuru tərəfindən qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlər görünmüş lakin, Borclu heç bir üzrlü səbəb göstərmədən Siyəzən Rayon Məhkəməsinin 2(059)-328/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini icra etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231,263-264,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyası, Belovs rayonu anadan olmuş, İsmayıllı rayonun Vəng kəndində qeydiyyatda olan və yaşayan borclu Səfərov X1 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-97/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-97/2024
27.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver