Məhkəmə qərarları › İş №8(037)-98/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-98/2024

29.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-98/2024 29.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli 2(012)-6197/2015 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına və ona əlavə edilmiş sənədlərə 29 avqust 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli, 2(012)-6197/2015 nömrəli icra vərəqəsinə əsasən, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 216 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(012)-2403/2017 nömrəli icra vərəqəsinə əsasən, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 272 manat sabit pul məbləğində alimentin və X3 müalicəsi ilə əlaqədar hər ay 100 manat məbləğinin tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(012)-2521/2018 nömrəli icra vərəqəsinə əsasən, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 154 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2018-ci il tarixli, 2(012)-3271/2018 nömrəli icra vərəqəsinə əsasən, xx.xx.2006-cı il təvəllüdlü X4 müalicəsi ilə əlaqədar Borclu hər ay 100 manat məbləğinin tutulub X2 ödənilməlidir. İsmayıllı rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayev təqdimatına əsasən 18 iyul 2022-ci il tarixli 8(037)-33/2022 saylı qərarla İsmayıllı rayonu Talıstan kəndində yerləşən, Borclu mülkiyyətində olan 0.09 hektar torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra məmuru təqdimatla müraciət edərək göstərmişdir ki, tələbkar X5 xx.xx.2024-cü il tarixdə ərizə verərək borcluya məxsus torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Ona görədə hazırki təqdimatla müraciət edərək məhkəmənin 18 iyul 2022ci il tarixli 8(037)-33/2022 saylı qərarı ilə İsmayıllı rayonu Talıstan kəndində yerləşən, Borclu mülkiyyətində olan 0.09 hektar torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimata baxılanadək icra məmuru müraciət edərək təqdimata baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar