Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-99/2024 28.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 28 avqust 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(037)-719/2021 nömrəli icra sənədinə əsasən Tələbkarnə məxsus Tircan kənd “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində Borclu tərəfindən inşa etdirilmiş tikililərin cavabdehin hesabına sökülməlidir. İcra sənədi 12 oktyabr 2022-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 719/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkarnə məxsus Tircan kənd “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində Borclu tərəfindən inşa etdirilmiş tikililərin cavabdehin hesabına sökülməsi qərara alınmışdır. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu ünvanına bildiriş göndərilmiş, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı ünvan 1 ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildirişi göndərilmiş, borclu icraata başlamaq haqqında qərarın sürətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Tərəflər təqdimata baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, icra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru təqdimatla müraciət edərək borclu barəsində məcburi icra tədbirini görülməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, borclunun ölkə ərazisini tərk etmək ehtimalı olduğu nəzərə alınaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. 20 avqust 1967-ci il tarixdə Qafan rayonunda anadan olmuş, ünvan 2i ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-99/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-99/2024
28.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver