Məhkəmə qərarları › İş №8(037)-99/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-99/2025

07.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-99/2025 07.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Maraqlı şəxsndən daxil olmuş təqdimata 07 noyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Maraqlı şəxs təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(037)-124/2024-018 nömrəli,xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 10804.27 manat əsas, 1249.16 manat faiz və 126.16 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 12179.59 manat məbləğinin tutularaq iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Hal-hazırda qalıb borc 12019.53 manat təşkil edir. İcra sənədi şöbənin icraatına,xx.xx.2024-cü il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Hal-hazırda Borclu adına hər hansı daşınar yaxud daşınmaz əmlak mövcud deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təqdimat verən Maraqlı şəxs rəisi Aqil Məmmədov, Tələbkar ASC-nin nümayəndəsi və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Maraqlı şəxsndən daxil olmuş təqdimatı və ona əlavə edilmiş sənədləri icra işi ilə birlikdə araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu ilk olaraq məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. Belə ki, icra sənədi araşdırılarkən Borclu İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(037)-124/2024-018 nömrəli,xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ödənilməmiş borcunun yarandığı müəyyən olunmuşdur. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan borcunun ödənilməsindən yayınması, borclunun hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən Maraqlı şəxs rəisi Aqil Məmmədov tərəfindən hazırkı təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının müəyyən edilməsi üzrə zəruri tədbirlər görülmüş və borclu şəxsin adında hər hansı əmlak aşkar edilməmişdir. Habelə, təqdimata əlavə olunmuş sənədlərdən və icra işindən görünür ki, Borclu yaşadığı ünvana icra sənədi üzrə tələbi yerinə yetirmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin tətbiq ediləcəyi barədə rəsmi qaydada xəbərdarlıq bildirişi göndərilmişdir. Məhkəmə qeyd edir ki, təqdimatdan və təqdim edilmiş sənədlərdən görünür ki, borclu Əhmədov X1 Rayon Məhkəməsinin e-2(037)-124/2024-018 nömrəli,xx.xx.2024-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş və nəticədə qeyd olunan icra sənədi üzrə ödənilməmiş borcu yaranmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu icra sənədinin icrası təmin edilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-124/2024-018 saylı, xx.xx.2024-cü il tarixli, icra sənədinin icrasının təmini məqsədi ilə borc məbləği tam ödənilənədək İsmayıllı rayonu, Qalınçaq kəndi ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1998-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində bu qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar