Məhkəmə qərarları › İş №8(038)-11/2023

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №8(038)-11/2023

20.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 8(038)-11/2023 20.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi , Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 oğlunun Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İcra icraatını başlamaq üçün əsas Yardımlı Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli 2(038)-33/20218 saylı icra sənədinə əsasən Borclu 14708 manat pul alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi barədə icra vərəqəsi olmuşdur. Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Yardımlı Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli 2(038)-33/20218 saylı icra sənədində göstərilən tələbin təmin olunması məqsədi ilə Borclu mülkiyyətində olan “Vaz 21063” markalı **-BA-*** dövət qeydiyyat nişanlı və “Mersedes Benz C200 minik markalı **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimata baxmağı xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yardımlı Rayon Məhkəməsinin 21 fevral 2018ci il tarixli 2(038)-33/20218 saylı icra sənədinə əsasən Borclu 14708 manat pul və iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməlidir. İcra sənədi 05 aprel 2018-ci il tarixdə Yardımlı Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və 05 aprel 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək Borclu icra tələbini könüllü təmin etməsi üçün on gün müddət verilmişdir. Borclu heç bir üzrlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini təmin etməmişdir. Bununla da “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaranmış və tərəflərindən borclunun əmlakı barədə araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan olan “Vaz 21063” markalı 63BA-477 dövət qeydiyyat nişanlı və “Mersedes Benz C200 minik markalı**-LM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Ona görə də məhkəmədən Borclu mülkiyyətində olan “Vaz 21063” markalı 63BA-477 dövət qeydiyyat nişanlı və “Mersedes Benz C200 minik markalı**-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq məhkəmənin icra vərəqəsi hal-hazıradək icra olunmamışdır. İcra işindən və iş materiallarından göründüyü kimi, borclunun adına əmlakın olubolmamasını müəyyən etmək məqsədi ilə fiziki şəxslərin məlumatları “Elektron icra” informasiya sistemindən sorğu olunmuş və Borclu mülkiyyətində olan “Vaz 21063” markalı **-BA-*** dövət qeydiyyat nişanlı və “Mersedes Benz C200 minik markalı **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönədilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönədilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onalrın icrası məcburidir.» Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli və Borclu mülkiyyətində olan “Vaz 21063” markalı 63BA-477 dövət qeydiyyat nişanlı və “Mersedes Benz C200 minik markalı **-LM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45 və 50-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “Vaz 21063” markalı **-BA-*** dövət qeydiyyat nişanlı və “Mersedes Benz C200 minik markalı **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən.X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar