Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 8(038)-3/2025 25.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ Hakim X1, məhkəmə iclasının katibi xx katibliyi, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 «əmlak üzərinə həbs qoyulması» tələbinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan «LADA 21214» markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli 2-(032)-4029/2017 saylı icra sənədinə əsasən borclular X4 və Borclu cəmi 2760 manat alınaraq tələbkar LPO "xxxx" ASC-nin xeyrinə ödənməlidir. Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə, ondan dəfələrlə tələblər olunmasına baxmayaraq o, icra sənədinin icrasını təmin etməmişdir. «Elektron icra» sistemindən borclunun əmlak vəziyyəti və gəlirləri sorğu olunarkən Borclu məxsus olan «Lada 21214» markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının olduğu aşkar olunmuşdur. Məhkəmənin bu barədə olan icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan «Lada 21214» markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması məqsədəmüvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Həmzəyev və borclu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş: Şirvan şəhər Məhkəməsinin 2(032)-4029/2017 saylı, 21 dekabr 2017-ci il tarixli icra sənədindən görünür ki, X4 və Borclu cəmi 2760 manat alınaraq tələbkar LPO "xxxx" ASCnin xeyrinə ödənməlidir. İcraata başlamaq haqqında 27 fevral 2018-ci il tarixli qərardan görünür ki, Bakı apellyasiya Məhkəməsinin 21 Dekabr 2017-ci il 2-(032)-4029/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdı. «Elektron icra» informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, «Lada 21214» markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Məhkəmə icra məmurunun izahatını və təqdimatı tədqiq edib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə «tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir». Həmin Qanunun 47.2-ci maddəsinə əsasən borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması yalnız məhkəmənin qərardadı əsasında həyata keçirilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən «icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur». Həmin Qanunun 50.2-ci maddəsinə görə «borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur». Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, icra məmurunun təqdimatda qeyd etdiyi borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı xahişi qanunun tələblərinə uyğun olduğuna görə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 21 dekabr 2017-ci il 2(032)-4029/2017 saylı icra sənədinin icrası məqsədi ilə Borclu mülkiyyətində olan «Lada 21214» markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №8(038)-3/2025
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №8(038)-3/2025
25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver