Məhkəmə qərarları › İş №8(038)-7/2023

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №8(038)-7/2023

20.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 8(038)-7/2023 20.04.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X11 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi , Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakı ilə. Yardımlı rayon Məhkəməsinin 05.07. 2017-ci il tarixli, 8(038)-448/2017 nömrəli qərardadı ilə Borclu məxsus Vaz-21214 markal **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yardımlı rayon Məhkəməsinin 05.07. 2017-ci il tarixli, 8(038)-448/2017 nömrəli qərardadı ilə X2 məxsus “LEXUS LX570” markal **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəməyə təqdimatla müraciət etmişdir. Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 təqdimatını onunla əsaslandırmışdır ki, Yardımlı rayon Məhkəməsinin 05.07. 2017-ci il tarixli, 2(038)-448/2017 nömrəli icra sənədinə əsasən borclular X4, Borclu, X3 və X5 16383.50 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Yardımlı rayon Məhkəməsinin 15 oktyabr 2021-cı il tarixli, 8(038)-16/2021 nömrəli qərardadı ilə Borclu məxsus LEXUS LX570 markal **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar QSC-nin Yardımlı rayon İcra və Probasiya Şöbəsinə göndərdiyi məktubdan görünür ki, Borclu Tələbkar QSC -yə olan borcunu tam ödəmişdir. Tələbkar QSC-yə və borclulara məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 icra sənədi tam icra edildiyi üçün təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməli, Yardımlı rayon Məhkəməsinin 15 oktyabr 2021-cı il tarixli, 8(038)-16/2021 nömrəli qərardadı ilə Borclu məxsus “Lexus Lx570” markal **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1. və 50.2.-ci icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, borc ödəndiyinə görə əmlakın üzərindən həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Yardımlı rayon Məhkəməsinin 15 oktyabr 2021-cı il tarixli, 8(038)-16/2021 nömrəli qərardadı ilə Borclu məxsus “Lexus Lx570” markal **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad rəsmi qaydada təqdim edildikdən sonra on gün müddətində Yardımlı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar