Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-10/2023 06.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, Yevlax Rayon İcra və probasiya Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə Tələbkar, Borclu istirakı ilə, “Əmlak üzərinə həbsin qoyulması” barədə təqdimata açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, X1 2(107)-967/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 4257 manat təmir xərci, 500 avans və 30.40 maat dövlət rüsumu ümimilikdə 4587.40 manat alınanaq Tələbkar ödənilməlidir. Aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində olan Yevlax rayonu Q.Quliyev küçəsi bina 4 mənzil 1 nömrəli evin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatı müdafiə edib göstərilənləri təsdiq edərək bildirmişdir ki, elektron məhkəmə portalından çıxarılan çıxarışdan gorünür ki Borclu mülkiyyətində 1 ədəd fərdi yaşayış evi və 1 ədəd mənzil vardı. Bu səbəbdən təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Borclu çıxış ederək bildirmişdir ki,1 ədəd evinin olduğunu,başqa evinin olmadığını,sadəcə atasi evində qeydiyyatda olduğunu və həmin fərdi yaşayış evi buna aid olmadığını bildirərək təqdimatın təmin olunmamasını xahiş etdi. Tələbkar çıxış edərək bildirmişdir ki, Borclu ona pul borcu olduğunu,bununla bağlı məhkəmə qətnaməsinin mövcüd olduğunu,borclunun mülkiyyətində 2 evin olduğunu və bu fakt çıxarışdada qeyd edildiyini,o sadəcə Borclu pulunu tələb etdiyini,borcunu verən kimi evi boşaldacağını bildirərək təqdimatın təmin olunmasını xahiş etdi. Elektron Məhkəmə İnformasiya Sisteminin Portalından çıxarılan çıxarışdan görünür ki,Borclu Serdar oğlunun mülkiyyətində ********** qeydiyyat nömrəli **********52- 05101-093017 reyestr nömrəli mənzil vardır. Elektron Məhkəmə İnformasiya Sisteminin Portalından çıxarılan çıxarışdan görünür ki,Borclu Serdar oğlunun mülkiyyətində **********10-10301 reyestr nömrəli fərdi yaşayış evi vardır vardır. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri həmçinin onların altında olan həyətyani torpağa (bir ailə üçün bir ev və ya mənzildə çox olmamaq şərti ilə) və əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir Beləliklə məhkəmə hesab edir ki, Borclu əlavə yaşayış yeri olduğundan və bu Elektron Məhkəmə İnformasiya Sisteminin Portalından çıxarılan çıxarışda qeyd olunduğundan X1 2(107)-967/2022 saylı xx.xx.2022-ci i il tarixli icra sənədinə əsasən Borclu məxsus Yevlax rayonu Q.Quliyev küçəsi bina 4 mənzil 1 nömrəli evin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və "Məhkəmə Qərarlarının İcrası Haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5, 21.2-ci və 22-ci maddələri, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus Yevlax şəhəri Q.Quliyev küçəsi bina 4 mənzil 1 nömrəli evin üzərinə həbs qoyulsun . Qərardadın icrası Yevlax RİPŞ-nə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №8(039)-10/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-10/2023
06.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver