Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-100/2022 22.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-184/2020 saylı, 02 mart 2020-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimata açıq məhkəmə iclasında baxılır. M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 2(039)-184/2020 saylı, 02 mart 2020-cı il tarixli icra sənədinə əsasən,X2 cəmi 100 manat aliment alınaraq X5 xeyrinə ödənməlidir. Yevlax Rayon Məhkəməsinin 2(039)-184/2020 saylı, 02 mart 2020-cı il tarixli icra sənədi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Borclu X1 icra üçün müəyyən olunmuş vaxtda qətnamə üzrə məbləği ödəməkdən və dəfələrlə Yevlax RİPŞ-nə çağırılsa da gəlməkdən boyun qaçırmışdır. 13 iyun 2022-ci il tarixdə Yevlax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, Yevlax rayon Məhkəməsinin 2(039)-184/2020 saylı, 02 mart 2020-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. İcra məmuruna və icra işi üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan rəsmi məlumat veriməsinə baxmayaraq gəlməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən icra məmurunun və icra işi üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalı və Yevlax Rayon Məhkəməsinin 2(039)-184/2020 saylı, 02 mart 2020-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar, yəni borcu ödənilib qurtarana kimi borclu X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə məhkəmə hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-184/2020 saylı, 02 mart 2020-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar, yəni borcu ödənilib qurtarana kimi borclu X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yevlax rayon Aşağı Qarxun kəndində yaşayan X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Yevlax RİPŞ-nə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №8(039)-100/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-100/2022
22.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver