Məhkəmə qərarları › İş №8(039)-101/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-101/2023

28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-101/2023 28.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, Yevlax Rayon İcra və probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə “Əmlak üzərinə həbsin qoyulması” barədə təqdimata açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, Yevlax rayon məhkəməsinin 2(039)-1263/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 833.35 manat alınaraq Tələbkar MMC-nin xeyinə ödənilməlidir. Aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində olan “Vaz 21063” markalı **- BC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatı müdafiə edib göstərilənləri təsdiq edərək təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Yevlax rayon məhkəməsinin 2(039)-1263/2021 saylı xx.xx.2021-ci i il tarixli icra sənədinə əsasən Borclu məxsus “Vaz 21063” markalı **- BC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və "Məhkəmə Qərarlarının İcrası Haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5, 21.2-ci və 22-ci maddələri, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “Vaz 21063” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsun . Qərardadın icrası Yevlax RİPŞ-nə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar